Şrift:
Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidini qəbul edib
22.10.2011 [17:46] - Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul edib.

“AzərTAc”-ın verdiyi məlumata görə, müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını çatdırıb, Mahmud Əhmədinejadın məktubunu dövlət başçısı İlham Əliyevə təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed