02.04.2019 [10:34] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyəyə səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsinin sədri Rıdvan Duran və İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə G.Əfəndiyeva türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb, eləcə də gələcək planlardan bəhs edib. O, türk dünyası mədəni irsinin tanıdılması məqsədilə müxtəlif tədbirlərin keçirilməsinin, o cümlədən Fond ilə İstanbul Şəhər Teatrlarının ortaq layihəsi olan böyük dramaturq H.Cavidin “İblis” əsərinin Türkiyədə, mədəniyyətin beşiyi İstanbulda teatrsevərlərə təqdim olunmasının önəmindən danışıb. G.Əfəndiyeva, H.Cavidin sadəcə yaradıcılığında deyil, bütün həyatı boyunca türkçülüyü təbliğ etdiyi vurğulayıb. Fondun rəhbəri, təmsil etdiyi təşkilatla bələdiyyə arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
R.Duran, öz növbəsində, türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi yönündə qısa zamanda Fond tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirdiyini bildirib. O, sahib olduğumuz zəngin mədəni xəzinənin təbliği istiqamətində əlaqələrin daha da gücləndirilməsinin önəmindən danışıb. R.Duran, eyni zamanda türk dünyasının tanınmış dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsinin Fond ilə Bələdiyyə arasında mövcud əməkdaşlığın gözəl nümunəsi olduğunu deyib.
Sedat Çakır görüşdə Fondun türk dünyasının ədəbi və bədii mirasına ayırdığı diqqəti və bu istiqamətdə gördüyü işləri rəğbətlə qarşıladığını bildirib.
“İblis” pyesinin H.Cavid dramaturgiyasının şah əsəri olduğunu vurğulanaraq, bu əsərin İstanbulda nümayişi üçün artıq son məşqlərin aparıldığı qeyd edilib. Tamaşanın yaxın zamanlarda Muhsin Ertuğrul səhnəsində izləyicilərə təqdim olunması barəsində məlumat verilib.
G.Əfəndiyeva, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova ilə birlikdə “İblis” tamaşasının məşq prosesini izləyərək, yaradıcı heyətə görüşüb.
Qeyd edək ki, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Bəstəkarı Azərbaycanın Xalq artisti Aygün Səmədzadə olan tamaşada Türkiyənin məşhur və istedadlı aktyorları iştirak edir.

Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |