Şrift:
Gürcüstan ombudsmanı: "Azərbaycanlıların yerli hakimiyyət orqanlarında təmsilçiliyi minimum səviyyədədir"
02.04.2019 [10:50] - Borçalı
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılarla sıx məskunlaşmasına baxmayaraq, onların yerli idarəetmə orqanlarında təmsilçiliyi minimum səviyyədədir.
Bu barədə Gürcüstan ombudsmanı Nino Lomcarianın ölkədə insan haqları və azadlıqlarının vəziyyətinə dair 2018-ci il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, Marneulidə milli azlıqların nümayəndələri onların özlərinə aid olan məsələlərin həllində minimal səviyyədə iştirak edirlər.
Bildirilib ki, ombudsman aparatının yerli idarəetmə orqanlarında milli azlıqların iştirakının genişləndirilməsi ilə bağlı bir sıra tövsiyələrinə baxmayaraq, bu istiqamətdə effektiv addımlar atılmayıb.
Hesabatda həmçinin vurğulanıb ki, milli azlıqlara məxsus mədəni irs abidələrinin qorunması sahəsində bəzi tədbirlər həyata keçirilsə də, bu sahə ilə bağlı tövsiyələrin hamısı yerinə yetirilməyib.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed