02.04.2019 [14:32] - Gündəm, DAVAMın yazıları
Aşağıdakı “Yaşıldı, yaşıl” qoşması İslamda müqəddəs sayılan yaşıl rəngin səciyyəsi, məziyyətləri və Günəşin Yer səthində əmələ gətirdiyi flora-nabatat təbəqəsindən bəhs olunur. Qoşmada dini rəvayətlər də yer almışdır. “yaşıldır, yaşıl” şeirin epiforası kimi emosiyanı gücləndirir.
YAŞILDIR, YAŞIL
Səhər şöləsinə buldum, bələndim, -metafora…
Nəbatatın canı yaşıldı, yaşıl.
Məhəmməd Nəbiyə gəldi bir xələt,
Xələtin səhmanı yaşıldı, yaşıl. - metonimiya -forması…
Həzrət Musa dedi, inanmadılar,
Qeybi-səda gəldi, inanmadılar,
Peyğəmbər söylədi, inanmadılar,
Haqqın dörd bir yanı yaşıldı, yaşıl.
Abdalın gözündən tökdürürsən yaş,
Əhl-dil yolunda qurbandı bu baş,
Cəbrayıl dəryadan gətirdi bir daş,
İçində nihanı* yaşıldı, yaşıl. -sirri-metonimiya…
Aşağıdakı “Tap” qoşması hikmətlər əsasında məcazsız, nəsihətamiz sözlərlə deyimlərdir. Şeirin semantikasında halal, mərd, imanlı bir insan obrazı durur.
TAP
Könül, peykar olma hər yar-yoldaşa,
Cəhd elə, hər dərdə gətirəsən tab.-metafora-dözmək
Mərdi mənzur edib, tutma namərdi,
Unut bivəfanı, sən vəfalı tap.
Ay ilə Gün gərdiş eylər, atışar,
Bir-biriylə yey rəfiqlər tapışar,-metafora-canlandırmaq.
Ruzi haradasa gələr, çatışar,
Həzəran ölkə gəz, hazır ölkə çap.-qanun işləyən ölkə…
Abdal, gəl səcdə qıl, sığın Xudaya,
Verdiyin əməklər getməsin zaya,
Güvənmə varına, gülmə gədaya,
Yenə sığın Haqqa, Haqq tərəfi tap.-metonimiya-düz yol.
Aşağıdakı “Gen gəz” qoşması da didaktika olaraq nəsihətli, hikmətli sözlərin nəzmə çəkilməsidir. Xitabla olan frazeoloji söz birləşmələri qrammatiq quruluşda qafiyələr əsasında olan deyimlər şeirin məzmununu təşkil edir və şeirdə mürəkkəb məcazlar var. Adətən didaktik şeirlər çox zaman məntiqə söykəndiyi üçün məcazlar bəzən cümlələrlə olur.
GEN GƏZ
Həqiqət yolunda budur nəshət,
Sözünü bilməyib deyəndən gen gəz.-metonimiya-nadan
Bilməz zərin, zər-zibanın qiymətin,
Sonradan tapıban geyəndən gen gəz.-metonimiya-nadan
Bir əyri, bir oğru olmaya eldə,
Söylənər dastanda deyərlər dildə.
Xain əmanəti saxlamaz əldə,
Başını töhmətdə qoyandan gen gəz.-metonimiya-namərd
Abdal deyir: bu sözləri ədəbdə,
Gözüm qaldı gərdən bağı sədəfdə.
Mən də gedəm, qalam Şahi-Nəcəfdə,
Xörəyin bilməyib yeyəndən gen gəz.-metonimiya-nadan
ARDI VAR…..
Niftali Goyceli

Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |