Şrift:
XIX əsrin ikinci yarısında "Ziya" qəzetinin əsas oxucuları olan arif və üləmalara xitabən yazılan bir mənzumnamə
03.04.2019 [09:12] - Gündəm, DAVAMın yazıları
XIX əsrrin ikinci yarısında Azərbaycanın türkdilli mətbuatında - "Əkinçi" (1875-1877),

"Ziya"(1879-1884) və "Kəşkül"də (1883-1891) sözün sətiraltı mənasından, fikrin dolayı yolla ifadə edilmə üsullarından ustalıqla istifadə olunmuşdur.Bəlkə də, bu, milli təfəkkür tərzinmiin folklordan gələn ənənələrindən qaynaqlanmışdır.Hər halda, bu,sözün nəzm formasının informasiya xarakterli adi sözdən daha çox cazibədar olması ilə əlaqədardır.


"Ziya" qəzetində nəzm biçimli janrlara dəfələrlə müraciət olunmuşdur.

S.Ə.Şirvaninin,müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Paşanın, Şəkidə yaşayan əslən Şamaxılı olan İsmi Sədrəddinbəyovun (Nakamın), M.Şuxinin,eləcə də "Ziya"qəzetinin imtiyaz sahibi Səid Ünsizadənin o dövrün yeganə mətbu orqanında işıqlandırılan şeirləri qəzet dilində ədəbi üslubun maaqlı nümunələri kimi diqqəri cəlb edir.

Qəzet dilini sırf pulisistik üslub kimi səciyyələndirmək düzgün deyil.

Qəzet dili özündə bir neçə üslubun xarakterik xüsusiyyətlərini cəmləşdirə bilər.Burada həm elmi , həm bədii üslubun, eləcə də tərcümə materiallarının üslubundan da danışmaq mümkündür.Başqa sözlə, bu üsluların hamısı publisistik sözün müxtəlif emosiya və çağırışlarının ifadə vasitəsi kimi başa düşülməlidir.

XIX əsr Azərbaycan publisistik üslubu milli ziyalıların ədəbi dil uğrunda apardıqları maraqlı mübarizəni formalaşdıran ideya məktəbi idi. Bu, folklorumuzdakı söz və saz birliyini xatırladan münasibətləri yada salır.

"Əkinçi"dən sonra meydana çıxan "Ziya" qəzeti (25.01.1879 - 26.06.1884) ədəbi dilimizin formalaşmasında,cilalanmasında əhəmiyyətli rol oynamışdır.Bu işin təşkilatçısı görkəmli maarifçi və din xadimi,sonralar türk dünyasının fazillərindən biri kimi tanınan Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı- 1903,İstanvul) idi.

O,"Ziya" adlı qəzeti vasitəsilə xalqın milli düşüncə tərzində inqilab yaratdı.

Səid Ünsizadə "Ziya"nın işinə bütün türk dünyasının işıqlı fikir adamlarını cəmləşdirə bildi."Ziya" özünəməxsus tərzdə dünyanın qaranlıqda qalan məqamlarını və məkanlarını işıqlandırmağı bacardı.Bu qaranlıqların ən dumanlı yerləri maarif,məktəb və mədrəsələr idi.

"Ziya"nin baş yazarı şikayətlənirdi ki,yeni qaydalı məktəb və mədrəsələrimiz yoxdur, ana dili əvəzində olan mətbuatımız hələ də xalqın bütün təbəqələrinin mütaliəsinə xidmət edə bilmir:

"Cümləmizə məlumdur ki,vətəni-əzizimiz olan Qafqaz qitəsində millətimizə məxsus olan rövnəqli və baqaidə məktəb və mədrəsələrimiz yoxdur və mədrəsə və məktəblərimizin birövnəq və binizam və pərişan halda olmağı belə heç bir tərəfdən bu barədə və bu gunə ümdəlü mətləbə iktifa (kifayətlənmə-N.N.) və etina olunmamaq xeyli təəssüf və təəccüb olunası əhvalatlardandır".

Səid Ünsizadə daha sonra yazır ki, " bu dəfə Qafqazda neçə-neç şəhər və qəsəbələri seyr elədük və səyahət etdiyimiz yerlərdə mövcud olan məktəb və mədrəsələri müayinə, müdərris və müəllimləri ilə mükalimə elədük və qazilər ilə uzun-uzun danışdıq, hansı ki,onlar barəsində dəxi bundan sonra fəqərə-fəqərə yazılacaqdır.

Nə isə...

Heç bir yerdə qaidəli və nizamlı bir məktəb və mədrəsəyə rast gəlmədük".

(26.11.1883,N 1).

"Ziya" qəzetindəki bir yazıda xüsusilə vurğulanır ki,insanın cəmiyyətdəki rolu onun elmli və mərifətli olmasının vacibliyi ilə gündəmə gətirilir:

"İnsanın əqlini və fərasətini və fəhmini və qanacağını artıran və dünya güzarının yaxşılığına bais olan elm və mərifətdir....Tərbiyəli adam heç vaxt həqqi nahaq eləməz və hərgah eləsə, o surətdə biz ona elmli vətərbiyəli adam demərik." ( N 14,1883 ).

Səid Ünsizadəyə görə, cəmiyyətin maariflənməsi işində yazı-pozudan az-çox xəbərdar olan din xadimləri fərqlənməlidirlər:

"Qazilərə borcdur ki,həmişə məktəb işində məxusi iltifat göstərələr".

("Ziyayi-Qafqasiyyə",03.12.1881,N 2), "məktəb və mədrəsə işində cəmaət ilə yekdil olub, həmişə onun rəftinə səy edələr". (28.05.1881,N 16.).

"Qazilərə borcdur ki,məscid mollalarının üstündə baxıcı olub nəsaih təlimat ilə onlara yol göstərələr". (N 6,1883).

Səid Ünsizadənin başqa bir yazısında da -11 bənlik dördlüyündə də xalqın maariflənməsi işində din xadimlərinə mənzum müraciəti də diqqəti cəlb edir.

Mənfəətdən xali olmadığı üçün həmin şeiri bütünlüklə oxuculara təqdim edirik.

***

" "Ziyayi-Qafqasiyyə "qəzeti. 09.03.1883, N 7.

Mollaları cəhl'in (cəhalətin-N.N.) dəfinə və elmin cəlbinə tərğib eləmək barəsində bir

XİTABEYİ-MƏNZUMƏdir ki,məzaqi-ürəfa üçün burada dərc olundu.

Mənzumə

Cəhl basur bizləri, ay mollalar,

Qədəm qoyun dəfinə himmət edün.

Axir edər bizləri bu, tarimar,

Qədəm qoyun dəfinə himmət edün.

***

Elm bizi validətək bəsləyər,

Harda olsoq təlim bizi gözləyər.

Cəhl bizi axir edər dərbədər,

Qədəm qoyun dəfinə himmət edün.

***

Xəlq edir sizlərə çox etimad,

Vacib olur pəs sizə hifzi-ibad (bəndələrin hifzi,qorunması_N.N.),

Cəhl görürsünüz ki,çox edir fəsad,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bir-birini xəlq yeyər cəhldən,

Din gedər ,məzhəb itər cəhldən.

Yaman-yaman işlər olar cəhldən,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl cəhalətdə dutubdur bizi,

Bağlayubdur hər tərəfdən gözümüzü,

Həqq bizə sərxeyl (sıravi dəstənin başçısı-N.N.) qoyubdur sizi,

Qədəm qoyun dəfinə himmət edün.

***

Amur (burada məqam,vaxt mənasına uyğn gəlir-N.N. ) gəlib,edin ümumi tələb,

O barədə siz bizə olun səbəb.

Cəhl bizə çox verür axir təəb (zəhmət,əziyyət-N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl bizi çox-çox edibdür xəcil,

Qılıb bizi xəlq içində münfəil (xəcalətli-N.N.).

Cəhli gərək siz edəsiz məzməhlll ( büsbütün məhv edilmiş-N.N. ),

Qədəm qoyun dəfinə himmət edün.

***

Siz özünüz elm ilə olduz qərin (yoldaş,yaxın dost-N.N.),

Onun ilə cəhldən olduz amin (duaların axırında "ya Allah,qəbul et"

mənasında işlənən söz-N.N.).

Bizləri ki,cəhl tutubdur, yəqin,

Qədəm qoyun dəfinə himmət edün.

***

Cəhl... sizə olmuş bəyan,

Ançe (elə nəsnə ki-N.N.) əyan əst, çe hacət bəyan.

Qoyunları hifz edər axir çoban,

Qədəm qoyun dəfinə himmət edün.

***

Bu yoda biz mətləbə etdük kəşad (geniş,açıqlıq-N.N.),

Niyə onu sizlər edirsüz kəsad (ticarətdə malın satılmaması-N.N.)?

Rəva degil bu işi bərq eləyə bad ( bu iş puç ola- N.N.),

Qədəm qoyun dəfinə himmət edün.

***

Zadeyi--...(Üns...N.N.) sözünü guş edün,

Hə nə qərəz var isə, fəramuş edün,

Qeyrət edüb, səy ilə cuş edün,

Qədəm qoyun dəfinə himmət edün".

***


Ünszadənin dər-öhdə aldığı əmr və niyyəti mətbuat vasitəsilə rus müsəlmanlarını


yuxudan oнatmaq idi.(bax: "Ziyayi -Qafqasiyyə" qəzeti,26.06.1884, N 11).



Təəssüf ki,ki,Səid Ünsizadə rus müsəlmanlarını 1884-cü ildə "Ziyayi-Qafqasiyyə" qəzeti bağlanandan sonra mətbuat vasitəsilə yuxudan oyada bilmədi.O,yaşadığı mühitin eybəcərliyindən bezib,1890-cı illərin əvvəllərində türk dünyasının baş şəhərinə-İstanbula köçdü,ömrünün qalan illərini burada maarif cəbrəsində yüksək vəzifədə ləyaqətlə calışdı.

Mətbuat vasitəsilə rus müsəlmanlarını cəhalət yuxusundan oyatmaq işinin davamı onun məslək və əqidə dostu görkəmli tatar mütəfəkkiri İsmayıl bəy Qaspıralının öhdəsinə düşdü.

Səid Ünsizadə1903-cü ildə İstanbulda vəfat etdi,Fatih Camii bağçasında dəfn edildi.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəəlimi,türkoloq

02.04.2019.



P.S.Oxuculara təqdimolunan şeirin dili çətin olsa da,onun yaxşı dini təhsil görmüş

din xadimlərinə ünvanlandığını yaddan çıxarmayın.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed