Şrift:
Çin dünyanın ən böyük tankerini hazırlayır
03.04.2019 [10:34] - Gündəm, Hərb
Şanxayın gəmiqayırma şirkəti olan “Hudong-Zhonghua” mayeləşdirilmiş təbii qaz daşınmaları üçün dünyanın ən böyük tankerini hazırlamağı planlaşdırır.

Gəmi 270 min kub/m-dək enerji resursu daşıya biləcək.

Məlumata görə, layihənin hazırlanmasında Norveç mütəxəssisləri də iştirak edəcək. Əldə olunmuş razılığa əsasən, hər iki ölkədən olan konstruktorlar tankerin inşası üçün 2020-ci ilə qədər bütün lazımi texniki sənədləşmələri tərtib edəcək.

“Təbii qaz Çinin istehsalat və enerji tələbatında çox mühüm rol oynayacaq və mayeləşdirilmiş təbii qaz enerji daşıyıcısı kimi vacib mənbəyə çevriləcək”, - deyə Çinin Milli Şelf Korporasiyasının sədri Yan Xua bildirib.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed