Şrift:
Sosioloji sorğu: Ermənistanda əhalinin 37,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşasa da, taleyi ilə barışıb
07.08.2012 [17:34] - Sosial, Qərbi Azərbaycan-İrəvan
Analitik Samvel Manukyan: “Hər il ölkəni orta hesabla 30 min erməni tərk edir, bu səbəbdən ölkədə narazı əhalinin sayı azalır”
Ermənistan əhalisinin 49 faizi pis şəraitdə yaşayır, lakin taleyi ilə barışıb. Bu nəticə İPSC siyasi və sosial məsləhətləşmələr institutu tərəfindən keçirilmiş sorğu nəticəsində meydana çıxıb. Sorğu 2010-2011-ci illərdə ölkədə yaşayış keyfiyyəti indeksinin müəyyən olunması məqsədilə keçirilib.
Sorğuya cəlb olunan şəxslərin 49 faizi bildiriblər ki, həyat səviyyəsinin qənaətbəxş olmaması ilə razılaşıblar. Respondentlərin 10,3 faizi kifayət qədər yaxşı yaşayır və öz vəziyyətindən razıdır. Əhalinin 3,3 faizi yaxşı yaşasa da, öz vəziyyətindən razı deyil. Əhalinin 37,4 faizi yaşayış səviyyəsindən razı deyil və narazılıqlarını qoruyub saxlayırlar.
İnstitutun analitiki Samvel Manukyanın sözlərinə görə, 2010-cu illə müqayisədə ölkədə yaşayış səviyyəsinin keyfiyyəti 3 faiz artıb. O hesab edir ki, bu artım miqrasiyada mənfi saldo ilə bağlı ola bilər: “Hər il ölkəni orta hesabla 30 min nəfər tərk edir. Ölkəni tərk edənlər narazı əhalidir, buna görə də Ermənistanda narazı fərdlərin sayı getdikcə azalır”.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed