04.04.2019 [10:42] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) istifadəyə verilib.
Aprelin 3-də keçirilən mərkəzin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, parlamentin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ziyalılar, gənclər iştirak ediblər.
Şota Rexviaşvili çıxış edərək Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb. Bildirib ki, Gürcüstan hökuməti bütün milli azlıqların, o cümlədən azərbaycanlıların inteqrasiyasına böyük diqqət yetirir.
Xalqlarımızın tarixən dostluq və qardaşlıq şəraitində yaşadıqlarını vurğulayan qubernator deyib: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf edir və Gürcüstan dövləti Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir".
Dövlət naziri Ketevan Tsixelaşvili də inteqrasiya mərkəzinin açılışını alqışlayıb. O, milli azlıqların cəmiyyətə və Avropaya inteqrasiyası məsələsində bu mərkəzin nazirliklə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. O, nazirliyin mərkəzin həyata keçirəcəyi layihələrə dəstək verəcəyini qeyd edib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, Azərbaycan ilə Gürcüstanın dostluğunun sarsılmaz olduğunu və ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyini bildirib.
“Mərkəzin açılması olduqca vacib hadisədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə kömək edəcək", - deyə komitə sədri vurğulayıb.
Sonra Gürcüstan parlamentinin komitə sədri Reka Odiaşvili və deputat Mahir Dərziyev Azərbaycan-Gürcüstan parlamentləri arasındakı əlaqələrdən danışıb, inteqrasiya mərkəzinin istifadəyə verilməsini azərbaycanlı və gürcü gənclərin dövlət dili ilə yanaşı, xarici dilləri öyrənmələri, cəmiyyətə inteqrasiyaları üçün geniş imkanlar açdığını qeyd ediblər.
Daha sonra çıxış edən GAİM-nin İdarə Heyətinin üzvü Aygül İsayeva mərkəzin yaradılmasının əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verib.
Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar.
Sonda tədbir iştirakçılarına Azərbaycanın və Gürcüstanın milli rəqsləri təqdim olunub.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |