05.04.2019 [11:40] - İdman
Aprelin 4-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində beşinci turun oyunları keçirilib.
Növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya çempionu, norveçli Maqnus Karlsen, Teymur Rəcəbovun isə Rusiya təmsilçisi Sergey Karyakinlə mübarizəsi heç-heçə başa çatıb.
Turnirin digər partiyalarında hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Girini, çexiyalı David Navara çinli Dinq Lireni, rusiyalı Aleksandr Qrişuk bolqarıstanlı Vaselin Topalovu məğlub ediblər. Qeyd edək ki, beş turun nəticəsinə görə aktivində 3,5 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Vişvanatan Anand, Sergey Karyakin 3 xal, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov 2,5 xal, Şəhriyar Məmmədyarov, Veselin Topalov 2 xal, Aniş Giri 1,5 xal toplayıblar.
Qeyd edək ki, aprelin 5-də “Shamkir Chess 2019” superturnirində istirahət günüdür. Altıncı turun oyunları aprelin 6-sı keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |