Şrift:
Ərdoğan: İranın Türkiyəyə qarşı ifadələri Ankaranı düşünməyə vadar edəcək
08.08.2012 [13:46] - Xəbərlər, Türk dünyası-Turan
İranın bəzi şəxslərinin Türkiyəyə qarşı ittiham və hədələri rəsmi Ankaranı düşünməyə vadar edəcək. "Sabah" qəzetinin verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dünyanın bir çox ölkələri İrandan üz döndərdiyi zaman Türkiyə həmişə onu dəstəkləyib. Bu cür ifadələr və hədələr Türkiyəni düşünməyə vadar edəcək", - Ərdoğan deyib.
Baş nazir onu da qeyd edib ki, İran hakimiyyəti əvvəlcə Suriyaya qarşı siyasəti barədə düşünməli, sonra isə Türkiyəyə irad tutmalıdır.
Xatırladaq ki, bazar ertəsi İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi bildirmişdi ki, Türkiyə ABŞ-ın Suriyadakı siyasətini dəstəkləməyə davam edəcəyi təqdirdə, o "növbəti ölkə" olacaq.

DAVAM.AZ: - Qerbin esas meqsedi sünnü-şiye qarşıdurması yaratmaqdır...!
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed