Şrift:
Pakistan Hindistanın hücuma hazırlaşdığını bəyan edib
08.04.2019 [10:46] - Hərb
Pakistan xarici işlər naziri Şah Mehmud Kureşi Hindistanın 16-20 aprel tarixlərinə ölkəsinə hücuma hazırlaşdığını bəyan edib.

M. Kureşi bunu “Geo TV” telekanalına müsahibəsində bildirib.

Pakistan xarici işlər naziri Hindistanın hücum hazırlığı barədə etibarlı kəşfiyyat məlumatına malik olduqlarını, baş nazir İmran Xanın rəhbərliyi ilə keçirilən hökumətin iclasında bunu açıqlamaq qərarına gəldiklərini söyləyib. Məqsəd Pakistan xalqını və beynəlxalq ictimaiyyəti Hindistanın niyyəti barədə məlumatlandırmaqdır: “Biz susmamalıyıq, əks təqdirdə Cənubi Asiyada sülh və təhlükəsizlik təhlükə altında qalacaq”.
Qeyd edək ki, fevralın 14-də Hindistanın Cammu ştatında və Kəşmirin Dehlinin nəzarətində olan hissəsində hərbi polisə hücum olub.45 nəfərin öldüyü hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Caiş-e-Məhəmməd” silahlı qruplaşma öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terrorizmə dəstək verməkdə ittiham edib, Pakistan isə bunu əsassız sayıb. Bundan sonra fevralın 26-da Hindistan Hərbi Hava Qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə zərbə endirib. Növbəti gün Pakistan Hərbi Hava Qüvvələri anoloji addım atıb. Tərəflər bir-birinin hərbi təyyarələrini vurduqlarını da açıqlayıblar. Pakistan ordusu vurulan Hindistan hərbi təyyarəsinin sağ qalmış pilotunu martın 1-də Hindistan tərəfinə təhvil verib.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed