08.04.2019 [10:53] - Gündəm, Hərb
Liviya paytaxtı uğrunda savaşan hər iki tərəfi BMT-nin iki saatlıq atəşkəs müraciətini rədd edib.
Bu barədə Tripoli Təcili Yadım təmsilçisi Üsamə Əli məlumat yayıb.
Onun sözlərinə görə, BMT xəsarət alanlara yardım göstərilməsi üçün yerli vaxtla saat 16:00-dan 18:00-a qədər atəşkəs müraciəti edib: “Tərəflər BMT-nin humanitar fasilə müraciətini qəbul etmədi”..
4 apreldə X.Haftar Tripolini “terrorçulardan azad etmək üçün” orduya əmr verib. Artıq Haftarın ordusu paytaxtın cənubundakı Qaryan və Surman şəhərlərini ələ keçirib.
Liviya Milli Razılıq Hökuməti bazar günü marşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusuna qarşı hərbi əməliyyata start verib.
Qeyd edək ki, Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində parlament, Tripolinin də daxil olduğu qərbdə isə BMT və AB-nin də dəstəklədiyi Milli Razılıq Hökuməti fəaliyyətdədir. Şərqdəki hakimiyyət Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla birgə hərəkət edir.

Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |