09.04.2019 [11:38] - Xəbərlər, Türk dünyası-Turan
Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TürkPA Katibliyinin əməkdaşları iştirak ediblər.
İclası açan komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirib ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir. Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, iclasda “Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda hesabat layihəsi ətrafında müzakirələr aparılacaq, tövsiyə qərarı qəbul ediləcək.
Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Levent Karahocagil bildirib ki, yeni texnologiyalar istehsal prosesinə əhəmiyyətli dərəcədə töhfə verə bilir. Texnologiyanın inkişafı isə elmsiz mümkün deyil. Bunun üçün də texnologiyanın inkişafına kömək edə biləcək yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır. Qeyd olunub ki, türk dünyasının vahid İş Şurasının yaradılması prezidentlərimizin də razılaşdığı bir məsələdir.
Qırğızıstanlı ekspert Şarabidin Amatov öz ölkəsində yeni texnologiyaların tətbiqi vəziyyəti barədə məlumat verib. O, təbii sərvətlərdən düzgün istifadə etmək üçün Qırğızıstanda yeni texnologiyaların tətbiqi üçün görülən işlərdən danışıb.
Qazaxıstan Senatının üzvü Sarsenbay Yensegenov, Azərbaycan Milli Məclisinin deputatı İlham Əliyev, TürkPA-nın baş katibi Altınbek Mamayusupov hesabat layihəsi barədə qeyd və təkliflərini bildiriblər.
Müzakirələrin sonunda “Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda tövsiyə qərarı qəbul olunub. İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.
Tədbirə yekun vuran komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin üzvü Salaidin Aydarov iclasın yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.
Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası başa çatıb.

Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |