08.08.2012 [14:49] - Borçalı
Gürcüstanda azərbaycanlı nazir müavini təyin olunub. Məlumata görə, ötən gün Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini Hüseyn Yusif oğlu Yusubov Gürcüstanın Energetika nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə məlumatı yeni təyin edilən nazir müavininin özü bildirib.
Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib.
Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib. O, Borçalıda hansı vəzifədə işləməsindən asılı olmayaraq, Gürcüstanda yaşayan soydaşlarımızı narahat edən problemlərin həllinə çalışıb.
Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur.
Ailəlidir. İki oğlu var. Hər ikisi ali məktəb tələbəsidir.
Qeyd edək ki, Gürcüstanın baş naziri Vano Merabişvili bu gün Hüseyn Yusubovu qəbul edib. Söhbət zamanı baş nazir azərbaycanlı şəxsin nazir müavini vəzifəsinə təyin edilməsini Gürcüstanda gedən demokratiyanın müsbət nəticəsi hesab etdiyini, eyni zamanda azərbaycanlılara olan diqqət kimi Gürcüstan dövlətçiliyi tarixində böyük əhəmiyyət daşıdığını bildirib.
Gürcüstan energetika naziri Aleksandr Xetaquri də yeni təyin olunan azərbaycanlı nazir müavini Hüseyn Yusubovu energetika nazirliyinin əməkdaşlarına təqdim edib.

Bu xəbər oxucular tərəfindən 1693 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |