08.08.2012 [15:04] - Xəbərlər
Ermənistan hökuməti və Dağlıq Qarabağdakı separatçı (bölücü) rejimin Suriyadan qaçqın düşən ermənilərin zəbt olunmuş ərazilərimizdə yerləşdirmək yönündə qurduğu planlar həyata keçməyə başlayıb.
Gələn məlumatlara görə, artıq proses başlanıb. Bu barədə elə erməni saytları özləri məlumat yayıblar.
Belə ki, dünən Dağlıq Qarabağda “Daşnaksütyun”un təşəbbüsü ilə keçirilən dəyirmi masada əsas müzakirə mövzusu məhz Suriya ermənilərinə kömək olub. Tədbirdə xüsusi qeyd olunub ki, “müharibə zamanı bütün dünya ermənilərinin, o cümlədən Suriya ermənilərinin dəstəyini alan qarabağlılar” indi ağır vəziyyətdə olan Suriya ermənilərinə hayan durmağa, onları qəbul eləməyə hazırdılar. Bildirilib ki, Suriya ermənilərinə dəstək qruplarında gənclər də fəal iştirak edir.
O da bildirilib ki, Dağlıq Qarabağın “Kaşataq rayonuna(məntəqə, şəhər)” (yəqin ki, keçmiş DQMV-dəki hansısa rayonumuzun dəyişdirilmiş adıdır - Z.) daimi yaşamaq üçün (!) artıq 15 ailə köçürülüb. Rayon administrasiyanın (yənətim) “rəhbəri” Suren Xaçatıryanın sözlərinə görə, daha 7 Suriya ermənisinin ailəsini yerləşdirmək nəzərdə tutulur. Onların yolunu Tufenkyan fondunun birgə dəstəyi ilə təmir edilmiş bina gözləyir.
Qeyd edək ki, Azərbaycan tərəfi artıq bununla bağlı BMT-yə (Birləşmiş Millətlər Təşkilatı), ATƏT-ə (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktları araşdırmaq üçün dəfələrlə monitorinq (bazrəsi) keçirib: “Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir”.
Dünən “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi də ermənilərin Suriyadan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda qeyd olunur ki, Ermənistan bu cür qanunsuz hərəkətləri ilə münaqişənin nizamlanmasına dair aparılan sülh danışıqlarını heçə endirir: Qurum ümid ifadə edib ki, ki, Ermənistanın qeyri-konstruktiv (uzlaşmaz, qeyri-yararlı) hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin süni “məskunlaşdırma” və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.
Ancaq əfsuslar olsun ki, erməni işğalçıları beynəlxalq birliyin tələblərini israrla qulaqardı etməkdədilər. Diqqət edildi yəqin, “Daşnaksütyunun” tədbirində müvəqqəti məskunlaşmadan deyil, məhz daimi yaşamaqdan söhbət gedir. Ancaq o da sirr deyil ki, indiyədək aparılan süni məskunlaşma siyasəti işğalçı tərəfin gözlədiyi nəticəni verməyib - gəlmələrə çoxsaylı güzəştlər vəd edilsə də. Səbəb məlum: bölgənin hüquqi statusu (vəziyyəti) qeyri-müəyyəndir, müharibə başa çatmayıb - atəşkəsdən 18 il ötsə də.
Üstəlik, Ermənistanın özü ağır iqtisadi durumdadır, o ki ola yalnız Ermənistana quru yolu olan Dağlıq Qarabağın iqtisadiyyatı. İş yeri yox, qazanc mənbələri çoxdan tutulub. İndi hansı normal adam belə vəziyyətdə Dağlıq Qarabağın sakini olar?
Eyni səbəbdən atəşkəs dövründə separatçı rejimin nəzarətindəki ərazidə erməni əhalisi artmaq əvəzinə azalıb. Dağlıq Qarabağ da Ermənistan kimi boşalır. Bu üzdən boşluğu heç olmasa əcnəbi ermənilərin hesabına doldurmağa çalışırlar...
Ermənilərin son tədbirindən həmçinin o da bir daha təsdiqini tapmış olur ki, ərazilərimizin işğalında vaxtilə Suriyadan gətirilmiş muzdlular da fəal iştirak edib.

Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |