23.10.2011 [11:59] - Gündəm
Avropa Azərbaycan Cəmiyyəti, (AAC) Brüsseldə, Avropa parlamentində 60-dan çox nümayəndənin iştirakı ilə konfrans təşkil edib.
Tədbir Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə və Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı müzakirələrə həsr olunub. Tədbirdə Avropa Parlamentinin nüfuzlu üzvləri Tunne Kelam (Estoniya), Yevgenmi Kirilov (Bolqarıstan) və İvo Vaygl (Sloveniya) və Azərbaycanın Avropa Birliyindəki daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov çıxış edib, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar.
Tədbir iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sülhün əldə edilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə AAC-nin sədri və təsisçisi Tale Heydərov və AŞPA-nın keçmiş vitse-prezidenti və qurumun Siyasi məsələlər komitəsinin sədri Qoran Lindblad da iştirak edib.
Azərbaycan tarixi barədə danışan Tunne Kelam Sovet işğalına qədər 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikasının müsəlman şərqində ilk demokratik respublika olduğunu bildirib.
Yevgenmi Kirilov isə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhün vacibliyi, eləcə də Azərbaycanın suveren ərazisinin təmin edilməli olduğunu söyləyib.
İvo Vaygl isə Avropa Birliyi ölkələrinin Azərbaycanla münasibətlərini inkişaf etdirməsindən, münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən danışıb.
O qeyd edib ki, Dağlıq Qarabağ məsələsi “soyuq müharibənin bir hissəsidir” və dərin köklü siyasi problemdir. O, münaqişənin sülh yolu ilə həll edilməsi üçün vəzifələndirilmiş ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də münasibət bildirib və həmsədrləri bu istiqamətdə səyləri artırmağa çağırıb.
Azərbaycanın diplomatik uğurları barədə yekun fikir söyləyən səfir E. Eyyubov ölkənin inkişaf yoluna nəzər yetirib. O bildirib ki, 1991-1993-cü illərdəki siyasi böhran dövründəki iqtisadi tənəzzül sabitlik əldə olunduqdan sonra inkişafla əvəzlənib.
Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ətraflı məlumat verib. O, sülh əldə olunarsa, bunun Ermənistan üçün potensial iqtisadi fayda gətirə biləcəyini də vurğulayıb. Belə ki, münaqişənin həll edilməsi karbohidrogen resurslarının bu ölkə vasitəsilə nəqlinə imkan verəcək.
Səfir qeyd edib ki, 1994-cü ildən etibarən Azərbaycan karbohidrogen resurslarının “lokomotivinə” çevrilməklə yanaşı, həmçinin Qərbi Avropa üçün təhlükəsiz bir enerji mənbəyi rolundadır.
“The Economist” jurnalının rəqəmlərinə istinad edən səfir Azərbaycanın ümumdaxili məhsulun artımına görə dünyada birinci pilləni tutduğunu, hazırda isə bu göstəriciyə görə Azərbaycanın bütün Cənubi Qafqazın 83 faizini əhatə etdiyini bildirib.
Təhlükəsizlik məsələsinə də toxunan səfir Əfqanıstan da daxil olmaqla Azərbaycanın NATO-nun müxtəlif sülhməramlı fəaliyyətlərində iştirak etdiyini bildirib.
E. Eyyubov həmçinin qeyd edib ki, hazırda ölkə üçün ən böyük çağırış Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həlli yoludur. O, həmçinin bütün iştirakçıları Bakıda 2012-ci ilin mayında təşkil ediləcək “Eurovision 2012” mahnı müsabiqəsini izləməyə dəvət edib.
Öz növbəsində Vayql Avropa Birliyi və potensial olaraq birliyə üzv ola biləcək Azərbaycan arasında daha güclü əlaqələrin qurulacağına ümidini ifadə edib. O, Ermənistanı Azərbaycan torpaqlarında işğala son qoymağa da çağırıb. Kirilov enerji təchizatında divervifikasıyaya ehtiyac, Türkmənistanla münasibətlərin yaxşılaşdırılması və Trans-Xəzər boru kəmərinin tez bir zamanda inkişafına olan ehtiyacdan danışıb.
Səfir qeyd edib ki, Azərbaycan hökumətinin üzərində işlədiyi boru xətti layihələri 2011-ci ilin sonuna qədər yekunlaşacaq.
O, Azərbaycanın tam demokratiya yolu ilə getdiyini vurğulayıb.
Müzakirələrdən sonra Avropa Parlamenti üzvləri, Avropa Birliyi komissiyasının üzvləri, diplomatik nümayəndəliklər, eləcə də QHT nümayəndələrinin iştirakı ilə ziyafət təşkil edilib.

Bu xəbər oxucular tərəfindən 1053 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |