10.04.2019 [11:14] - Hadisə
Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı açıqlama verib.
Məktəbdən daxil olan açıqlamada qeyd olunur ki, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.
Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.
Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.
Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |