Şrift:
Çölçü ustaların dəmir işləri – Darxan Kıdırali
10.04.2019 [11:46] - Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət
“Mübaliğəsiz deyə bilərik ki, torpaqlarımız maddi mədəniyyətə aid bir çox kəşflərin meydana gəldiyi bir yerdir” – Prezident Nursultan Nazarbayevin “Böyük Çölün 7 özəlliyi” məqləsində belə deyilir. Tarixə qəlibləşdirilmiş Avropa eynəklərindən baxan bəzi alimlər və publisistlər öz zamanlarında “onlar köçəri həyat tərzi sürmüşlər, onların şəhər mədəniyyəti və inkişaf edən sənayesi olmayıb” kimi absurd bir fikir yaratmışdılar.

Qədim türklərin domna sobaları

Qədim türklərin lap qədimlərdən dəmirçilərin həyat tərzləri, dəmir əritmə mərasimləri , dəmirdən məharətlə istifadə və onu əritmə mərasimləri haqqında xüsusi təsəvvürləri olub. Qədim dəmir ustaları dəmiri un kimi ələyib və həm də xəmir kimi yoğuraraq, bu maddi mədəniyyət növünün bütün sirlərinə bələd idilər. Məşhur şərq tarixçisi Fəzlullah Rəşid əd Dinin əsərlərində qeyd olunur ki, bizim əcdadlarımız Ergenekon vadisindən çıxmaq üçün yol axtararkən bir dağın dalanına dirənirlər. Bu zaman usta dəmirçi dağın bir küncündə 60 öküzün dərisini yandıraraq böyük ocaq qalayır.

Beləliklə türklər, dağı əridərək, özlərinə yol açır və azadlığa çıxıb öz tarixi yurdlarına dönürlər. Hun tarixində mühüm yer tutan bu ilkin tərpənişdən sonra, Böyük çöldə taxta çıxan ilk hökmdarın adının da Dəmirçi, Temirşi (Temuçin) olması təsadüfi deyil. Eləcə də Türküstanın intibah dövrü ilə bağlı olan Əmir Teymura da bu adın həmin ənənələrə uyğun verilməsini ehtimal etmək olur. Məhz buna görə gəncliyində peşəkar metallurq (dəmirçi) olan bizim Dövlət başçımız , iyirminçi əsrdə özü şəxsən domna sobasında metal əridir, və türklərin qədim sənətkarlıq peşəsi olan metalın emalına diqqət yetirirdi. Beləcə, bizim gözlərimizin qarşısında qədim dövrdən məlum olan sənətkarlıq peşəsinə sahibliyin necə baş verməsi öz isbatını tapdı.

Alataudakı Esikdə, Altayda Bereledə, Tarabaqatayda Yelekedə “Altın adam” kurqanlarının tapılması, bir daha sübut etdi ki, Böyük Çölün ənginliklərində lap qədimlərdən zərgərlik də gözəl və incə bir sənət növü kimi inkişaf edib. Çölçü ustalarının sənətkarlıq nümunələri arasında min bir naxışla bəzədilmiş yəhər, üzəngi, yüyən, atlıya məxsus olan yaraq-yasaq əşyaları da var idi. Bütün bu sənətkarlıq nümunələrini bir araya yığanda tam əminliklə demək olur ki, həqiqətən də atı ilk dəfə əhilləşdirmək də bizim səhralarda mümkün olub. Əcdadlarımız tərəfindən qayalarda və mağarlarda tariximizə şahid qalan rəsmlərə baxanda , bir daha əmin olursan ki, döyüşçülərimiz də həmin sənətkarlıq nümunələri olan ağır yaraq-yasaqla silahlanıblarmış. Bu rəsmlər həmin qəhrəmanların epik nümunələridir. Onlar haqqında qədim rəvayətlərimizdə, nağıllarımızda danışılanda qeyd olunur ki, “… onun yəhəri və üzəngisi, yəhər-kəməri təmiz qızıldan idi”.

Bəlkə elə buna görədir ki, türk hökmdarları zərgərlərə və dəmirçilərə, misgərlərə xüsusi ehtiram göstərərdilər. Belə sənətkarların peşələri nəsildən-nəsilə ötürülür, tayfa məşğuliyyətinə çevrilirdi. Məsələn dəmir əridənlərin tayfalarını “poladçı” (“boltaşı”), yanacaq və neft hazırlayanları “kürəçi”, araba hazırlayanları “arabaçı” qazaxca “teleüler” (“tele”) , taxtadan araba hazırlayanları “kanka arba”çı, “kanlı” deyə adlandırırdılar. Həmin insanlar qazax etnoqenezinin mozaikasında özlərinin xüsusi izlərini qoyublar. Qədim “Oğuznamə” dastanında ilk arabanı icad eləyən şəxs haqqında belə bəhs olunur: “Oğuz xanın ordusunda bir bacarıqlı usta var idi. Onun adı Barmaqlıq Josın Bilik idi. Bu usta (kanka arba) taxtdan araba düzəltmişdi. Bu arabaya canlı heyvanları qoşar, əşyaları isə üstünə yığardılar. Bu möcüzəni ilk dəfə görən insanlar, sonradan araba düzəltməyi öyrənib , özləri üçün nəqliyyat vasitəsi kimi istifadə etdilər.”. Kanlı tayfasının adı da həmin arabaçılar tayfasından gəlir.

Skiflərin ölkələri mis və qızıl ilə zəngindi

Tanınmış qazax akademikləri Kanış Satpayev və Alkey Marqulan özlərinin tədqiqatlarında qeyd edirdilər ki, Mərkəzi, Şimal və Şərqi Qazaxıstan əraziləri ta qədimlərdən böyük metallurgiya mərkəzləri olublar. Qeyd etmək lazımdır ki, Mərkəzi Qazaxıstanın “Kırık şürık”, “Kalayı kazğan”, “Мың шұңқыр”, “Бес шұрық”, ” Jezkazğan”, “Kenkazğan”, “Yusta”, “Kara temir” və “Temirtau” kimi dəmir mədənləri hələ lap tunc dövründən tarixə məlumdur.

Dəmir mədənlərinin istismarı orta əsrləri və sonrakı dövrləri əhatə edir. Adını çəkdiyimiz regionda tunc dövründə buralarda tunc və qalay emal edlirdi. Metalın işlənməsi və onun məişətdə tətbiqi Böyük Çölün sakinləri olan sakların zamanında çox yayılmış sənətkarlıq və istehsal növü idi. Məsələn, yunan yazılı mənbələrində deyilir ki, sakların , sarmatların və massagetlərin diyarı mis və qızılla zəngindir. Bu ərazilərin sakinləri həmin metalların emal etməyi çox yüksək səviyyədə bacarırlar.

Herodot və Strabonun yazılarında da qeyd olunur ki, ” Asiya skiflərinin o qədər qızılı var ki, onlar başdan ayağa qızıl paltarlar geyinir, qızıl bəzək əşyaları ilə bəzənir, hətta atlarının yəhər və üzəngisini də qızılla bəzəyirlər”. Müasir dövrümüzdə Qazaxıstanda tapılan bir neçə “Qızıl adam” heykəlləri da həmin tarixi mənbələrin nə qədər doğru olduğunu isbat edir. Bütün bu faktlar dünyaya türk sivilizasiyasının böyüklüyünü göstərməyə imkan verir.

Arkey Marqulan öz əsərlərində yazırdı ki, ” Herodotun mis və qızılla zəngin olan asiya skifləri müasir Qazaxıstanın mərkəzi və şimali-şərq regionları ilə , eləcə də Altay və Tarbaqatay ilə uyğun gəlir.”. Belə ki, hələ lap qədimlərdən tunc dövründə saklar Altayda metaldan məişətdə və gündəlik həaytlarında istifadə qaydalarına yiyələnmişdilər. Altayda qazıntı və tədqiqat işləri aparan Məşhur arxeoloq S.İ. Rudenko öz elmi işndə qeyd edirdi ki, bu region çox qədimdən metallurgiyanın mərkəzi beşiyi olmaqla yanaşı, həm də qızıl mədənləri və yataqları ilə zəngin bir ərazidir. Arjana, Berel, Şilkiktı kurqanlarında da sakların dövürnə aid olan çox sayda sənətkarlıq nümunələri və eksponatlar aşakar edilib. Elə buna görə də, Elbaşı özünün proqram məqaləsində Altaylara çox böyük diqqət ayırır. Bu ərazilər türklərin tarixi beşiyi olmaqla yanaşı, eyni zamanda metallurgiya sənayesinin geniş inkişaf mərkəzidir. Qazaxların xalq şairi İsa akın bu yerlərin bərəkətini və əhəmiyyətini yazdığı şerlərində vəsf edirdi: ” Gözümün, könlümün məlhəmi Altay, Hər qarış Torpağın cana xoş gəlir. Qızıllı -gümüşlü bəzəkli Altay, Udduğum hər nəfəs qəlbi isidir”.

Məşhur türkoloq N.Y.Biçurin təsdiq edirdi: “Çin mənbələrində Altay dağları Tzin-şan _– yəni “Qızıl dağlar” kimi göstərilir. (Məlum olduğu kimi, türk və monqol dillərində “altan” “qızıl” mənasını verir). Bu səbədən də, belə düşünmək olar ki, xalq arasında məşhur olan ” Altaydın say- salasıtüqel altın”– “Altay mağarası qızılla doludur” fikri də təsüdfən yaranmayıb.

Dəmir emalı – ümumxalq sənəti

Milli sənətkarlığın sonrakı dövrlərində metalın emalı və işlənməsi Usunlar və Kanqlar dövlətlərində daha çox inkişaf etmişdi. Misdən və dəmirdən silah və məişət əşyaları düzəldilirdi. Dəmirin əridilməsi, qurğuşunun və qızılın emalı Türk xaqanlığının dövründə yüksək inkişaf mərhələsinə çatmışdı. Türklər tarixi səhnəyə çıxmağa başlayandan sonra, metallurgiya sənayesinin inkişafı da dayanmadan regionlarda yayılmağa başladı. Məsələn çin səlnamələrində deyilir ki, Altay dağlarına köçən Aşina türkləri , əvəllər Jujan imperiyasına tabe idilər və dəmir alətlərini hazırladıqları və işlətdikləri üçün vergi ödəyirdilər. Tarixi sənədlərdə də qeyd olunur ki, jujan hökmdarı Anaxuan trükləri “mənim dəmir ustalarım” adlandırır.

Bu fikir bir daha onu deməyə əsas verir ki, metallurgiya türklərin əsas və ənənəvi sənətkarlıq növü kimi ilk yaranışdan onlara məxsusdur. Böyük türkoloq Lev Qumilyevun belə bir məşhur tezisi var: ” köçərilər dəmirlə işləməyi qədimdən əxz etmişdilər. Bu peşəyə yiyələnmək və ona sahiblənmək , dəmirlə işlmək kütləvi hal almışdı.”. Bu fikir bir daha onu deməyə əsas verir ki, dəmir emalı türklərin milli sənətkarlıq növü idi.

Altayada, Xakasiya və Tuvada aparılan arxeoloji qazıntılar zamanı qədim türk dövrünü əhatə edən böyük mədənlər və dəmir əridən sobalar da tapılıb. Arxeoloji qazıntılar zamanı üzə çıxan dəmir əşyaların içərisində dəmir toxmaq, nizə, kaman, ox, sancaq və qılınclar da şakar edilərək götürülüb. Türklər dəmiri emal və istehsal etməklə yanaşı, həm də ən yüksək səviyyədə sənətkarlıq vərdişləri ilə dəmirdən silah və döyüşçü sursatları hazırlamağı da bacarırdılar.

Orxon yazılarında türklərin qəhrəmanlığı belə vəsf edilir: ” … dünyanın dörd bir tərəfini fəth ediblər”. Türk xaqanlığının əraziləri genişləndikcə, xaqanlıq böyük dövlətə çevrilməyə başlayırdı, beləliklə də Böyük İpək yolu türklərin nəzarətinə keçdi. Böyük ÇöLün şah damarı olan səhralar artıq ticarətin və və iqtisadiyyatın genişlənməsinə, həm də türklərin siyasi diplomatiyasının regionda yayılıb güclənməsinə xidmət edirdi.

Böyük Çöl Qərb və Şərq arasında qızıl körpü rolunu oynamaqla yanaşı, həm də bu ərazilərdə bir çox etnosların sülh və əmin-amanlıq şəraitində yaşamasına şərait yaradırdı. Yazılı abidələrdə, qeyd olunur ki, İpək yolu ilə daşınan dəmirdən olan müxtəlif əşyalar qiymətli mal hesab olunurdu. Elə buna görə də İpək yolunu bəzən Polad yolu da adlandırırdılar. Məsələn Vizantiya mənbələrində yazılır ki, türklər Şərqi Roma İmperiyasına dəmir satmaqla məşğul idilər. Türk ellərinə səyahət edən zaman vizantiyalı elçi Zemarxı, Şərqi türk elllərinin xaqanı Dizabul qəbul etmişdi. Zemarx səyahət gündəliyində bu haqda xəbər verirdi ki, görüşdüyü türklər dövlətlərinin necə böyük siyasi gücə malik olduğunu sübut etmək üçün, ona dəmir satdılar, həm də dəmir mədənlərini və müxtəlif metal nümunələrini göstərdilər. Sonra isə Xan sarayını təsvir edərək yazırdı: “… Biz xaqanın öv etdiyi ərazidə görüşdük. Burada onun iqamətgahı var idi. Xan bizi öz gözəl ipək və qumaşla örtülmüş çadırına gətirdi. Çadırın içərisində onun qızıldan taxtı qurulmuşdu. Süfrəyə düzülmüş bütün qablar qızıldan , nadir heyvan sümüklərindən hazırlanmış və bahalı qaş-daşla bəzədilmişdilər. Bu çadırda bir az oturduqdan sonra , qızıl suyu ilə işlənmiş digər bir çadıra keçdik, bu çadırın içindəki əşyaların da əksəriyyəti qızıl və gümüşdən idi, bu qablara baxanda adamın göz-qaşı qamaşırdı. Bəli, türk xaqanının iqamətgahı belə heyrətamizdir”. Əgər vizantiyalı elçinin xatirələrində Dizabul xaqandan söhbət gedirsə, şübhəsiz ki, o həmin dövrdə çox məşhur olan İstemi xaqan haqqında danışır, çünki həmin dövrlərdə Karatau ( o zaman bu ərazi Ekitau adlanırdı) və Altay arasındakı torpaqlarda xaqanlıq İştemi xana məxsus idi. Bu yazılar da bir daha təsdiq edir ki, Alatau çox qədim dövrlərdən dəmir yataqları və mədənlərlə zəngin olub.

Qazax bəylərinin şəxsi mədənləri

“Qazax bəylərinin əxsi mədənləri”– fikrini tarixdə ilk dəfə məşhur alim Lev Qumilyev təsdiq edərək, yazırdı ki, “tarixin səhnəsində izi qalan türklər o xalqlardandır ki, Mərkəzi Asiyada ilk dəfə dəmir sənayesi ilə məşğul olublar”. Qazax xanlıqları dövründə də dəmir mədənlərinin öyrənilməsi və istismarı davam etdi. Xan və bəy tituluna mənsub olan hər bir kişinin özünə məxsus şəxsi mədənləri var idi. Xüsusi gizli əməliyyat tapşırığı ilə Qazaxıstan çöllərində səfərdə olan Sibir şöbəsinin kəşfiyyatçısı F.Nazarovun arayışlarında Ualixan xanın (babası məşhur Şokan) Kokşetauda qurğuşun əridən istehsal müəssisəsi olduğunu qeyd edirdi. F.Nazarov yazdığı hesabatda, göstərirdi ki, Ualixan xan rusiyalı tədqiqatçılara özünün şəxsi dəmir mədəni “Mın şünkır”ı göstərməyərək, onları bilərəkdən yanlış bir tərəfə Şanqina ərazisinə ekspedisiyaya göndərdi. O cəzalanmaqdan qorxduğu üçün rus tədqiqtçılarını xanlığın ərazisinə yaxın qoymadı.”.

Görkəmli qazax alimi olan Alkey Marqulan isə Tayke xanla Abılay xanın arasındakı yazışmaları tədqiq edərək belə nəticəyə gəlmişdi ki, qızıl və başqa qiymətli metal yataqları ancaq xan nəslindən olan insanlara məxsus idi. Bu ənənə qazax cəmiyyətində uzun illər saxlanılırdı. Xanın şəxsi qvardiyası nəslinə məxsus olan mədənləri və yataqları kənar soyğunçulardan və gəlmələrdən qoruyurdu. Tarbaqataydan Altaya, Altaydan Kokşetauya qədər “Qızılları qoruyan cəngavərlər” haqqında əfsanələr dolaşmaqda idi. Belə qədim əfsanələrə Herodotun qrifonların (samruklar) sak şahlarının qızıllarını qoruması haqqında yazılarında da rast gəlmək olur. Altaydakı Sak kurqanlarında (Berel, Pazırık) tapılmış qrifon eksponatları və heykəlləri də bu həqiqəti təsdiq edir.

Metalıın emalı və dəmirçi sənəti kimi qədim türk ənənələrini bir çox türk xalqlarının öz məişətlərində yaşatması, nəsil bə nəsil sonrakı türk xalqlarının da məişətinə keçdi. Məsələn , Altay dağlarının ətəyində yaşayan şor türkləri dəmirçiliyi özlərinin əsas sənət və peşə növü hesab edirdilər. Şorlar metaldan müxtəlif məmulatlar hazırlayırdılar və bununla da junqarlara vergi ödəyirdilər. Dağlar qoynunda yaşayan şorları bu gün əbəs yerə Altayın dəmirçiləri adlandırmırlar. (kuznets- dəmirçi deməkdir) Novokuznetsk şəhərinin adı da buradan gəlir. Və bu faktın özü də bir daha sübut edir ki, şorlar dəmirçi olublar. Bu faktların özünü qədim türklərdə metallurgiya və dəmirçilik ənənələrininin nə qədər qədim olduğunu isbat edən bir nümunə kimi dəyərləndirmək lazımdır.

Dəmirçi dağından Temirtauya qədər

Qeyd etmək yerinə düşərdi ki, “Dəmir qapı”, “Темір қапық” , “Mis dağı” — “Bakırlık tau”,”Bakırşak “– “Misgər”, “Темір тау”– “Dmir dağ”, “Күміс төбе”– “Günüş təpə” kimi coğrafi adlar bu günə kimi də türkdilli xalqların coğrafiyasında qorunub saxlanılıb. Qazaxıstanın Karkarlin rayonunda bu toponimə uyğun gələn “Dəmirçi” dağlarının ətəyi bu gün də böyük dəmir yataqları ilə zəngindir. Tam əminliklə demək olar ki, toponim dilimizdə qədim dövrlərdən qorunaraq bu günümzə gəlib çatmaqla yanaşı, həm də qədim türk ənənlərinin çanlı şahididir. XIX əsrin axırlarında Dəmirçi dağlarında ekspedisiyada olan geoloq Q.D Romanov bu ərazilərdə dəmir yataqlarının olduğunu kəşf edir. Nəticədə Mərkəzi Qazaxıstan regionunun Dəmirçi dağları — Temirşi- Temirtau yerləşən ərazi nəhəng metallurgiya mərkəzinə çevrildi, və orada məşhur Temirtau metallurgiya kombinatı tikildi.

Bu gün Temirtau şəhəri bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu yerlərə öz ölkəsi üçün böyük xidmətləri olmuş çox sayda qazax metallurqları qayıdaraq, ölkəsinə daha çox xeyir verməyə başladılar. Qazax etnoqrafiya tarixindən məlumdur ki, müxtəlif zaman kəsiklərində çox bacarıqlı ustalar metalı əridərək ondan silah, at üçün əşyalar düzəltmiş və qızıldan və gümüşdən isə bəzək əşyaları yaratmışlar. Məlumdur ki, “temir” (dəmir”), temirşi” (“dəmirçi”), “darkan” ( nəslin ənənəsini yaşadan ustad”) “zərgər” usat, («мастер»), köpük” ( körükçü”), “dükan”, nal” kimi terminlər və minlərlə belə adlar qədim dövrlərdən bu günə kimi qazax dilinin lüğətində işlənməkdədir. Bu qədim sənətkarlıq növü müasir yaddaşımızda və xalqın təfəkküründə qədim ənənə kimi formalaşıb.

Qeyd etmək lazımdır ki, dəmirçilik sənəti ilə bağlı olan dəmirçi dükanı və dəmirçi körüyü və dəmir nal lap qədim dövrlərdən xalq arasında dəmirçilik sənəti ilə bağlı olan bir təsərrüfat növüdür. Bundan başqa xalqın folklor nümunələrində də dəmirçilərin həyat tərzini əks etdirən müxtəlif deyimlərə rast gəlmək olur: “Kömürü havadan alır”, “Dəmiri bişirən”, “Ocağı alovlandırma”! “Çəkiçi nala döyəndə, müqəddəs Davud köməyimiz olsun”. Bu gün Altay dağlarının o biri üzündə bizim qan qardaşlarımız dəmirçilik ənənəsini yaşadıb və davam edirmələri də ürəkaçan bir haldır.

Bütün bunları biləndən sonra istər-istəməz belə bir sual yaranır: görəsən müasir qazaxlar da “kökləri dəmirdən toxunub”– atalar sözünə əməl edirlərmi, dəmiri döymə və mədəndən çıxarma kimi sənətkarlıq növünü xatırlayırlarmı, məişətlərində yaşadırlarmı? Bizim uşaqlığımızdakı xatirələrimizdə alaçıqlarımızın yanındakı at qoşqularının bağlandığı yerdə nal döymək üçün və dəmir itiləmək üçün dəzgah qalıb. Belə fikirləşirəm ki, alaçıqlarımızın ətrafında olan o qoşqular, və nal və dəmir itiləyən dəzgahlar yenə də olsun. Bu gün məişətimizdə onları istifadə etməsək də, bu simvollar əslində bizim müqəddəs evimizin ocağını -odunu qoruyacaq. Həm də gənc nəsil bu ənənələri görəndə babalarımızdan bizə yadigar qalan metallurgiya sənətinin xalqa məxsus olduğunu unutmazlar.

Darxan Kıdırali,

tarix elmləri doktoru, Qazaxıstan MEA-nın müxbir üzvü

Beynəlxalq Türk Akademiyasının prezidenti

Tərcümə etdi: Aida Eyvazlı
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed