10.04.2019 [12:42] - Gündəm, DAVAMın yazıları
1974-cü ilin iyun ayı idi.Əsgərlikdən təzəcə gəlmişdim.
Neft maşınqayırma zavodunun mənzil kommunal şöbəsidə əsgərlikdən əvvəlki vəzifəmə -120 manat maaşla öz işimə başladım.Maaşın azlığına görə əlavə iş dalınca qaçırdım.Hamı söz verir,onun zəngini gözləməyi məsləhət görürdü. Bu da ki ənənəvi yolasalma idi..
Nəhayət ,o vaxtlar Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri işləyən Təhminə xanım Qiyasbəyovaya müraciət etdim.Mətbuatdakı yazılarıma görə o,məni yaxşı tanıyırdi.Telefonda bir nömrə yığdı. Salamlaşdılar, bir-birinə xoş sözlər söylədilər.
-Nəsir müəllim,hüzurunuza əsgərlikdən təzə gəlmiş bir nəfər yaxşı tanıdığım əməkdaşımızı göndərirəm.İşləmək istəyir..
Sən demə,Təhminə xanımın müsahibi Nəsir müəllim imiş."Bakı"nın və "Baku"nun redaktoru.
Səhərisi Nəsir müəllimim qəbuluna getdim.Köməkçisi Nəsir müəllimə gəldiyimi xəbər verdi.
Nəsir müəllim məni köhnə tanışlar kimi qarşıladı.Bir-iki sualdan sonra əməkdaşlardan birini kabinetinə çağırdı.Sonralar bildim ki,bu,sənaye şöbəsinin müdiri Səfər Məmmədov imiş.
Nəsir müəllim məni Səfər müəllimə tapşırdı:
- Sənayeni yaxşı bilir.Zavodda tokar işləyə-işləyə universiteti qiyabi bitirib.İndi də qiyabiçi aspirantdır.Əsgərikdə də hərbi müxbir olub.İnanıram ki,əməkdaşlığımız alınacaq.
Mən Nəsir müəllimə təqdimata görə təşəkkür etdim.
Səfər müəllim mənə ştatdankənar müxbirin vəzifə borcları haqqında məlumat verdi,ştatdankənar müxbirin vəzifələrini başa saldı.
Beləliklə, mən "Bakı"lı və "Baku"lu oldum. Həm "Bakı"da,həm də "Baku"da sənaye obyektlərindən əmək qərrəmanları, sosializm yarışı qalibləri haqqımda redaksiyanın tapşırığı ilə iri həcmli yazılar yazmağa başladım.
Əlbəttə, rus dilində yazdığım yazıları redaktə edirdilər.
Aldığım qonorar maddi vəziyyətimi xeyli yaxşılaşdırmışdı.
Digər şöbələr də mənə yazı tapşırıqları verirdilər.Eşitdiyimə görə Nəsir müəllim yazılarımdan razı imiş.Onun razılığı da məni redaksiyada yaxşı tanıtmışdi.
Əməkdaşlıq etdiyim şğbələrdən biri də partiya həyatı şöbəsi idi.Şöbənin müdiri Əliabbas Əliyevin partiya tapşırıqları da mənim jurnalistik fəaliyyətimdə xüsusi yer tutur.Mən Əliabbas müəllimin gənc jurnalistlərə-Dağbəyi İsmayılova,Qüdrət Piriyevə göstərdiyi qayğıları hələ də xatırlayıram.
"Bakı" və "Baku" ilə çoxlu maraqlı xatirələrim var.
Bir dəfə Səfər müəllim Bakı Mayesiz Transformatorlar zadudunun bir qabaqcıl fəhləsi haqqında "Beşilliyin qəhrəmanları" rubrikası üçün bir yazı hazırlamağı tapşırmışdı.Zavoda getdim.Özümü təqdim edib, direktora gəlişimin məqsədini dedim.
O vaxtlar müəssisə rəhbərləri mətbuata böyük məsuliyyətlə yanaşırdılar.Bir də ki,mətbuat da mətbuat idi,informasiyalar ciddi və məsuliyyətli olması ilə həmişə diqqət mərkəzində olurdu.
Səfər müəllimin tapşırıqları onun özünə məxsus olan məqamlarla səciyyələnirdi:
"Kimdən yazırsınızsa,onun kimliyini yaxşı öyrənin.Mənə yalançı əmək qəhrəmanları lazım deyil. Çalışın ki,oxucular sizin yazınızdan nə isə öyrənsinlər,yaxşı iş görənlərin işindən nəticə çıxarsınlar.
Nə isə...Direktor zəng edib,həmkarlar komitəsinin sədri ilə danışdı,kiminsə adını şəkdi.Həmkar komitəsini sədri ilə sarğıçılar işləyən sahəyə getdik.Burada içləyən bir əmək qəhrəmanından yazmalı oldum.Cavan bir qız idi.Əvvəlcədən hazırladığım suallarımı verdim.Yaranan yeni suallarıa sex rəisi cavab verdi.Sahənin iqtisadi göstəriciləri haqqında məlumatı mütəxəssislərdən öyrəndim.
"Beşilliyin qəhrəman"ları rubrilasının belə bir prinsipi də var idi ki,zarisovka və oçerklərdə mütləq qəhrəmanın fotosu verilməli idi.Jurnalistdən yazısı şöbəyə təhvil veriləndən sonra əmək qəhrəmanı şəklini çəkdirmək üçün redaksiyaya gəlməli idi.
Mən bu tapşırığı qəhrəmanıma dedim.Səhəri günü onun redksiyaya gəlməsini xahiş etdim.Sən demə,səhərisi gün şəndə imiş.Əmək qəhrəman da uzaqdan gəlib,redaksiyada növbətçidən başqa, burada heç kəsi tapmayıb.Redaksiyada səs-küy yaranıb, Səfər müəllimə zəng ediblər,bir təər işi yola veriblər,fotoqraf gəlib,şəkil də şəkilib,vəziyyət də sakitləşib.
Həftənin birinci günü redaksiyaya gedəndə Səfər müəllim narazı-narazı gileyləndi:
-Nazim, bala, adam da belə iş görər?Sən bilmirsən ki,redaksiya şənbə günü işləmir?Qəhrəmanın gəlib, nahaq yerə vaxt itirdiyinə görə burada elə bir səs-küy yaradıb ki...Yaxşı ki, növbətçi ayıq tərpənib,mənə zəng edib...Nəsir müəllim bilsəydu,bilirsən nə olardı?...
Mən qəzetin ştatdankənar müxbiri idim.Bunu haradan biləydim?...
Əməkdaşlar bu əhvalatı uzun müddət yaddan çıxarmadılar...
Nazim Nəsrəddinov.
10.04.2019.

Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |