Şrift:
Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək
12.04.2019 [09:06] - Gündəm, DAVAMın yazıları
18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “açıq qapı” günü elan ediləcək.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün 18 aprel 2019-cu il tarixində saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed