12.04.2019 [10:27] - Gənclik
Aprelin 11-də Milli Məclisin gənclər və idman komitəsinin iclası keçirilib.
İclasın əvvəlində komitənin sədri Ülvi Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən ötən 1 ildə gördüyü işlərdən, yürütdüyü gənclər və idman siyasətindən söz açıb, komitə üzvləri adından dövlətimizin başçısına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra komitədə “Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat” dinlənilib. Slaydlarla müşayiət olunan hesabatı təqdim edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu qurumun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ötən il Fondun Müşahidə Şurasının 5 iclası keçirilib. Bir sıra bölgələrdə və şəhərlərdə XI qrant müsabiqəsinin maarifləndirmə görüşləri təşkil olunub. Müsabiqəyə 1095 layihə təqdim edilib, onlardan 370-i dəstəklənib. Həmin layihələrin icrasına 1 milyon 330 min 300 manat vəsait ayrılıb. Bakıda və Naxçıvanda müsabiqənin geniş təqdimatı keçirilib.
Fərid Cəfərov qeyd edib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan tələbə gənclər arasından təhsil və dərsə davamiyyət göstəriciləri yüksək olan 237 tələbənin təhsil haqqı borcu Fond tərəfindən ödənilib. Gənclərin vətənpərvərlik tərbiyəsi, inkişafı diqqət mərkəzində olub. Hesabat dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilib, maarifləndirici səfərlər təşkil olunub. Gənclər Fondunun xətti ilə 20 nəfər gənc 2 həftə müddətində Avropa İttifaqı təşkilatlarında, Avropa Parlamentində və Belçika Krallığının Xarici İşlər Nazirliyində, AŞPA-nın sessiyalarında təcrübə keçib.
Deputatların diqqətinə çatdırılıb ki, daha səmərəli fəaliyyət göstərmək məqsədilə bu il Gənclərin Karyera və İnkişaf Mərkəzinin açılması, gənc.az portalının yaradılması nəzərdə tutulur.
İclasda çıxış edən deputatlar Əli Hüseynli, Azər Badamov, Elşən Musayev, Sevinc Hüseynova, Mahir Abbaszadə, Cavid Osmanov Gənclər Fondunun 2018-ci ildə gördüyü işləri və bu il həyata keçirəcəyi tədbirləri yüksək dəyərləndirib, tövsiyələrini bildiriblər.
Milli Məclisdə təcrübə keçən tələbə gənclər komitənin iclasında çıxış edərək təkliflərini və arzularını Gənclər Fondu rəhbərliyinin və deputatların diqqətinə çatdırıblar.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |