Şrift:
Xankəndi hava limanı üçün avadanlıq satmış Fransanın “THALES” şirkəti Azərbaycan tərəfdən üzr istəyib
09.08.2012 [11:08] - Gündəm
“Xankəndi hava limanı üçün naviqasiya avadanlığını Fransanın “THALES” şirkətinin filialı verib.

Bununla bağlı biz cari ilin may ayında şirkətin vitse-prezidenti ilə görüşmüşük. Onlar bizdən üzr istəyərək Ermənistan tərəfindən aldandıqlarını bildiriblər”.Bu fikirləri YAP-ın saytına müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

O, Fransa tərəfinin arqumentləri ilə razılaşmayaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidentinə məktubla müraciət olunduğunu deyib: “Məktubda vurğulamışıq ki, əgər Fransanın həmin şirkəti avadanlığı kimə göndərdiyini bilmirsə, bu avadanlıq terrorçuların da əlinə keçə və təhlükəsizliyə qarşı istifadə edilə bilər. Müraciət vasitəsilə təşkilatdan beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını da xahiş etmişik. Yeri gəlmişkən, həmsədrlərin bəyanatının ikinci hissəsində də məsələnin beynəlxalq hüquq normalarına uyğun həll olunmasının zəruriliyini vurğulanıb. İyulun 23-də ICAO-nun prezidentindən cavab məktubu almışıq. Təşkilatın rəhbəri məktubunda bizim mövqeyi təsdiqləyir. Mən yazmışdım ki, heç bir dövlət tərəfindən Azərbaycanın qaydalarının pozmayacağına ümid edirəm. Təşkilat rəhbəri də mənim fikrimi bölüşdüyünü yazıb. Məktubda qeyd edilir ki, hava məkanı pozulursa, Azərbaycan həmin hava gəmisini hər hansı başqa hava limanında enməyə məcbur edə bilər. Amma məktubda o da qeyd olunur ki, məcburi eniş etdikdə, dinc insanlara və mülki hava gəmisinə ziyan toxunmamasına çalışmaq lazımdır. Təbii ki, təyyarədəkilərin dinc insanlar olmasını müəyyən etmək üçün də məcburi enişini təmin etmək lazımdır. Hansı tədbir görülməsi isə dövlətin öz hüququdur. Məktubda ICAO-nun rəhbəri bildirib ki, Xocalı hava limanı məsələsi ilə bağlı Fransa şirkətinin nümayəndələri ilə əlaqə saxlayacaq və Azərbaycanın narahatlığını Ermənistan tərəfinə çatdıracaq”.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed