12.04.2019 [10:54] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu ilin ilk Quran kurslarının açılışı olub.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə dini idarədə tədbir keçirilib.
Tədbirdə QMİ sədrinin müavinləri Fuad Nurullayev, Qəmərxanım Cavadlı, idarənin Aparat rəhbəri Simran Həsənov, müvafiq bölgə qazıları, səlahiyyətli nümayəndələr, imamlar və Quran kurslarında çalışacaq müəllimlər iştirak ediblər.
İdarənin Aparat rəhbəri Simran Həsənov yeni 51 Quran kursunun açılması münasibəti ilə iştirakçılara QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duasını və təbriklərini çatdırıb.
O qeyd etdi ki, yola salınan 2018-ci il ərzində paytaxt Bakı da daxil olmaqla, respublikanın 28 bölgəsində 100 Quran kursu açılıb və artıq fəaliyyət göstərirlər.
S.Həsənov vurğulayıb ki, QMİ-də Quran kurslarının fəaliyyətinə nəzarətin təşkil edilməsi və mövcud qaydalar əsasında yoxlanılması işlərinə də başlanılıb, bu məqsədlə Fətva və moizə şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılıb, həmin qrup ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən Quran kurslarında yoxlamalar həyata keçirib: "Quran kurslarının təsdiq edilmiş proqramlar əsasında fəaliyyəti üçün dini qurumun rəhbəri, QMİ-nin bölgə qazısı və ya rayon üzrə səlahiyyətli nümayəndəsi şəxsən məsuliyyət daşıyır, onlar Quran kurslarının yekunları barədə hər dəfə QMİ-yə yazılı hesabat və DQİDK-nın bölgə şöbəsinə yazılı məlumat təqdim etməlidirlər".
QMİ sədrinin müavini Qəmər Cavadlı deyib ki, Quran kurslarının tədris-fənn proqramları və tədris müddəti İdarə tərəfindən təsdiq olunub: "Bu proqramlar və müddətlər dini qurumlar üçün məcburi xarakter daşıyır. Quran kurslarında dərs saatları ümumtəhsil məktəblərinin dərs vaxtları ilə üst-üstə düşmür. Kursların iştirakçılarına dini qurumun hesabına müvafiq ədəbiyyat, o cümlədən Qurani-Kərim nüsxələri verilir, müəyyən edilmiş qaydada yayılmasına razılıq verilməyən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Quran kurslarında əyani vəsait kimi istifadə edilməsi isə qadağandır. Qadınların və qızların Quran kurslarında təhsil almalarını yüksək qiymətləndirirəm. Qadınlara da dini biliklər qazanmaq şamil olunur".
Yetkinlik yaşına çatmamış şəxslərin Quran kurslarında iştirakı məsələsinə də toxunan QMİ sədrinin müavini vurğuladı ki, buna yalnız valideynlərin yazılı razılığı əsasında yol verilir.
QMİ sədrinin müavini Fuad Nurullayev bildirib ki, Quran kurslarının açılması ilkin dini biliklərin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir, necə ki, Həzrət Peyğəmbər (s): “Siz insanların ən xeyirlisi və ən yaxşısı Quranı öyrənən və başqalarına öyrədəndir”, - deyə buyurub. O, dedi ki, Qurani-Kərimi öyrənən insanlar mənəvi cəhətdən daha saf və daha əxlaqlı olurlar, dövlətinə, xalqına və vətəninə sədaqət, bağlılıq baxımından digərlərindən fərqlənirlər. F.Nurullayev əməlisaleh və vətənpərvər övladların yetişməsi baxımından qadınların savadlı olmasının zəruriliyini vurğuladı, şəhid Mübariz İbrahimovun təlim-tərbiyəsində, cəsur və qəhrəman bir gənc kimi yetişməsində, vətən naminə canını qurban verəcək qədər qəhrəmanlığa sahib olmasında seyid nəslindən olan və Quran əxlaqını mənimsəyən anası Şamama xanımın rolundan danışdı, bu mənada, qadınların və qızların Quran kurslarında təhsil almalarının, dini bilik və savad əldə etmələrinin əhəmiyyətini xüsusi qeyd etdi.
İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov yeni açılan 51 Quran kursunun rəhbərlərinə bu kursların açılması barədə QMİ-nin razılıq əmrini, İdarə tərəfindən təsdiq edilən “Quran kurslarının təşkili haqqında Əsasnamə”ni, Tədris-fənn proqramlarını və digər müvafiq sənədləri təqdim edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |