13.04.2019 [10:08] - Gündəm, İdman
Bakıda “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") üçüncü beynəlxalq cüdo turniri keçiriləcək.
Yarışda ümumilikdə 16 yerli və xarici klub komandasının iştirakı planlaşdırılıb. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışda iştiraklarını artıq təsdiqləyiblər.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkil etdiyi ənənəvi beynəlxalq turnir aprelin 16-17-də Bakı İdman Sarayında keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışacaqlar.
Turnirin təşkilində əsas məqsəd gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfəri müasir hərb tariximizin şanlı səhifəsidir. Bu zəfər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır. Öz qəhrəmanlıqları ilə gənclərimizə örnək olan Raquf Orucovun və digər şəhidlərin xatirəsi isə xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.
Ənənəvi beynəlxalq turnir ərəfəsində “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlər buradan klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar əldə edə bilərlər. Səhifədə zəngin foto-video arxiv, o cümlədən 2017 və 2018-ci illərdə keçirilmiş “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirlərindən, klubun idmançılarının və veteran-ustaların iştirak etdikləri mötəbər yarışlardan, ötən il Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının qalibi olan Yaponiya yığma komandasının “Judo Club 2012” əməkdaşlıq əlaqələrindən bəhs edən videomateriallar yerləşdirilib.

Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |