09.08.2012 [11:21] - Xəbərlər, Hərb
Türkiyədə son zamanlar Kürd Fəhlə Partiyasının (PKK) 170 terrorçusu məhv edilib, onların arasında Ermənistan vətəndaşları da var. Türkiyə mətbuatının verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri İdris Naim Şahin deyib.
Nazirin sözlərinə görə, məhv edilən 170 nəfərin yarısı xarici vətəndaşlardır. Şahin bildirib ki, Ermənistan vətəndaşları ilə yanaşı, məhv edilən terrorçular arasında İran, Suriya, İraq və İsrail vətəndaşları da var.
Şahin, həmçinin qeyd edib ki, Türkiyə terrorizmlə sonadək mübarizə aparmağa qərarlıdır və bu istiqamətdə artıq böyük nailiyyətlər əldə olunub.
Türkiyə müstəqil kürd dövləti qurmaq istəyən PKK üzvlərinə qarşı 25 ildir mübarizə aparır. PKK BMT tərəfindən terror təşkilatı elan olunub.

Bu xəbər oxucular tərəfindən 1316 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |