Şrift:
İran Suriyada qaçırılan zəvvarların bəzilərinin sabiq hərbçi olduğunu etiraf edib
09.08.2012 [11:28] - Güney Azərbaycan xəbərləri
Iranın xarici işlər naziri Əli Əkbər Salehi avqustun 4-də Suriyada qaçırılan 48 iranlı zəvvardan bəzisinin keçmiş hərbçi olduğunu etiraf edib.
Ə. Salehi bildirib ki, qaçırılan zəvvarlardan bəziləri İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təqaüdə çıxmış üzvləri, ordu mənsubları, digərləri də dövlətin müxtəlif təşkilatlarında çalışmış insanlardır: “Ancaq həmin şəxslərin hazırda İran ordusu ilə hər hansı bir əlaqəsi yoxdur. Onlar sadəcə müqəddəs yerləri ziyarət etmək üçün Suriyada səfərdə olublar”.
Qeyd edək ki, Azad Suriya Ordusu qaçırılan zəvvarların “Sepah”a bağlı olduqlarını iddia edən bir video yayımlayıb. Materialda onların Suriyada kəşfiyyat apardıqları və bəzilərinin “Sepah” üzvləri olduğunun müəyyənləşdirildiyi açıqlanıb. Eyni zamanda onların əksəriyyətinin üzərində silah daşımağa icazə verən sənədlər də olduğu videoda nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed