Şrift:
Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb
15.04.2019 [10:21] - Xəbərlər, Türk dünyası-Turan
Daşkənddə Qazaxıstana həsr edilmiş “Böyük səhra: tarix və mədəniyyət” adlı sərgisi açılıb.

Sərgidə Qazaxıstanın tarixi, etnoqrafiyası, mədəniyyət və incəsənəti, o cümlədən ölkənin simvoluna çevrilən “Qızıl adam” nümayiş etdirilir.

Sərgidə məlumat verilib ki, 1960-cı illərdə Almatı ətrafında arxeoloji qazıntılar aparılarkən İssık kurqanında qızıl paltarda sak hərbçisinin qalıqları aşkar edilib və bu tapıntı “Qızıl adam” adlandırılıb. Bu tapıntı Qazaxıstanda həm də “əsrin tapıntısı” adını alıb və “Qazaxıstan Tutonxamonu” adlandırılıb. “Qızıl adam” bizim eradan əvvəl V-IV əsrlərə aid edilir.

Sərgidə bildirilib ki, sərgi Rusiya, Çin, Azərbaycan, Polşa, Belorus, Koreya, və digər ölkələrdə də təşkil olunub. İlin sonunadək sərginin dünyanın 20-dən artıq ölkəsində nümayişi nəzərdə tutulur.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed