Şrift:
Ermənistanda Rusiya hərbi bazasının saxlanma müddəti artırıldı
09.08.2012 [11:55] - Siyasət
“Rusiya hərbi bazası təhlükəsizliyimizin qarantıdır” - Sarkisyan
“Bir milyard dollar Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi üçün limit deyil.Erməni KİV-in verdiyi xəbərə görə, bu sözləri prezident Serj Sarkisyan bu gün Moskvada həmkarı Vladimir Putinlə görüşündə deyib.

Onun sözlərinə görə, yaxın 2-3 il ərzində ticarət dövriyyəsini iki, hətta üç dəfə artırmaq mümkün olacaq. Sakisyan iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurunu da qeyd edib: “Biz Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddətini artırdıq. Hesab edirik ki, Rusiya hərbi bazasının Ermənistanda olması bizim təhlükəsizliyimizin qarantıdır”.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed