Şrift:
Qazaxıstan-Özbəkistan əməkdaşlığına dair aktual məsələlər müzakirə edilib
16.04.2019 [10:38] - Gündəm, Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistanda rəsmi səfərdədir.

Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanıb.

Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev mətbuata birgə bəyanatla çıxış ediblər. Dövlət başçıları bildiriblər ki, görüşdə 2020-ci ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara qədər çatdırılması, ikitərəfli əlaqələrin şaxələndirilməsi və regionlararası əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər regionda və bütövlükdə dünyada yaranmış vəziyyətə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəyə, beynəlxalq terrorizmə, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed