17.04.2019 [10:49] - Borçalı
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qori rayonuna səfər edib.
Səfər çərçivəsində səfir Qori meri Konstantin Tavzaraşvili ilə birgə Tedotsminda kəndində yaşayan azərbaycanlılarla görüşərək onların problemləri ilə maraqlanıb.
Görüşdə bildirilib ki, kənddə bayır işıqlandırma sistemi quraşdırılır və layihə yaxın zamanlarda başa çatdırılacaq. Tedotsmindada bu il həmçinin kənd qəbirstanlığında hasarlanma işləri həyata keçiriləcək.
Bu il kənddə ibtidai məktəb üçün yeni bina da tikiləcək.
Qeyd olunub ki, Tedotsmindada qazlaşdırma işləri başa çatdırılıb, su təminatı ilə bağlı problemin həlli və daxili suvarma kanallarının təmizlənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Kənd sakinləri ilə görüşdə Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov da iştirak edib.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |