09.08.2012 [13:38] - Siyasət
Rusiyanın sabiq baş naziri Yevgeni Primakov İsrailə İranla macəraların yaxşı qurtarmayacağı barədə xəbərdarlıq edib.İRNA-ın məlumatına görə, Y. Primakov bildirib ki, İsrailin İranın nüvə obyektlərini bombalamağa cəhd göstərməsi bölgənin sabitliyini poza bilər: “Düzdür, İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı çox azdır. Ancaq belə bir hücumun nəticələri İran üçün kiçik, bölgə üçün böyük təhlükə kəsb edəcək. İsrailin hərbi təhdidləri və sözləri İranın gündən-günə artan gücü ilə mübarizədə psixoloji döyüşdür. ABŞ bu şərtlərdə, özü də prezident seçkilərinin keçiriləcəyi ərəfədə belə bir hücumun olmasını istəməz və İsrailə də mane olar”.
Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |