Şrift:
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri yaxın günlərdə vəzifəsindən gedəcək
20.04.2019 [10:58] - Gündəm, Bildiriş
Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania mayın 1-dən vəzifəsindən gedəcək.

L.Jvania bu barədə özünün “facebook” səhifəsində yazıb.

O mayın 1-dən fəaliyyətini Gürcüstan patriarxlığında davam etdirəcək.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı Prezident Salome Zurabişviliyə mart ayında müraciət edib. Dövlət başçısı onun mayın 1-dən etibarən vəzifəsini tərk etməsi barədə qərar verib.

Məlumat üçün qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, bundan əvvəl Gürcüstan Patriarxlığı Fonduna rəhbərlik edib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed