Şrift:
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019 [10:34] - Hadisə
Londonda ötən həftədən bəri iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqlər zamanı həbs edilən etirazçıların sayı 963-ə çatıb.

Londonun mərkəzi küçələrində davam edən mitinq zamanı etirazçılar polislə üz-üzə gəlib.

Mitinq iştirakçıları hökumətdən iqlim dəyişikliyi ilə əlaqədar tələblərinin yerinə yetirilməsini istəyiblər. Onlar hökumətin iqlim və ekologiya üçün fövqəladə vəziyyət elan edərək həqiqəti söyləməsini, nazirlərin dərhal hərəkətə keçməsini və bu qərarların vətəndaşların iştirakı ilə verilməsini tələb edirlər.

Aynurə Tağıyeva
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed