Şrift:
Səfər Əbiyev Azərbaycanda səfərdə olan İran İslam Respublikası müdafiə nazirini qəbul edib
22.10.2011 [21:13] - Gündəm
Bu gün Azərbaycana işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidinin müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücəndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed