Şrift:
Texasda ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub
23.04.2019 [11:11] - Gündəm, Bildiriş
Aprelin 22-də Texas ştatının Kerrvill şəhərində “Beechcraft BE58” markalı ikimotorlu kiçik təyyarə qəzaya uğrayıb.

Hyustondan uçan təyyarə təyinat məntəqəsinə 10 kilometr qalmış dərəyə düşüb. ABŞ Mülki Aviasiya Federal İdarəsinin nümayəndələri bildiriblər ki, göyərtədə olan 6 nəfər, o cümlədən pilot hadisə yerində keçiniblər.

Təyyarənin qəzaya uğrama səbəbləri hələ məlum deyil. Lakin müstəntiqlər təyyarənin qəzadan əvvəl naməlum səbəblərdən kursdan yayındığını aydınlaşdırmağa müvəffəq olublar. Təyyarənin sahibi 65 yaşlı sərmayəçi bankir - 40 illik pilotluq təcrübəsinə malik Cerii Ueys olub. Ölən 6 nəfərdən birinin ailə üzvü Hill Kantri bildirib ki, uçuşun məqsədi daşınmaz əmlak obyektini nəzərdən keçirmək idi. Təyyarənin göyərtəsində daşınmaz əmlak üzrə agentlər, sərmayədarlar və arxitektor olub.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed