Şrift:
Ukraynada yaşayan Krım tatarları Vladimir Zelenskiyə qarşı konstruktiv müxalifətdə olacaqlarını bəyan ediblər
24.04.2019 [11:03] - Türk dünyası-Turan
Ukraynada yaşayan Krım tatarları yeni Prezident seçilmiş Vladimir Zelenskiyə qarşı konstruktiv müxalifətdə olacaqlarını bəyan ediblər.

Bu barədə Krım tatarlarının lideri, deputat Mustafa Cəmilov məlumat verib.

Onun sözlərinə görə, Krım tatarları Petro Poroşenkonun komandasında qalacaqlar. “Biz Poroşenkonun komandasıyıq, Krım tatarları onu aktiv dəstəkləyir. Sözsüz ki, Krım tatarları Zelenskiyə qarşı müxalifətdə olacaqlar”, - deyə M.Cəmilov əlavə edib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda V.Zelenski böyük səs çoxluğu ilə qalib gəlib. Artıq xarici ölkələrin dövlət başçıları Zelenskini Prezident seçilməsi münasibətilə təbrik edirlər. Seçkiləri uduzan Poroşenko isə aprelin 22-də Prezident Administrasiyası qarşısında onu dəstəkləyən kütlə qarşısında çıxışı zamanı, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed