10.08.2012 [13:35] - Siyasət
BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana söz verilib ki, Suriya və Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi haqda məlumatlar yoxlanılacaq.
Bunu Azərbaycanın BMT-dəki nümayəndəsi Aqşin Mehdiyev deyib.
Onun sözlərinə görə, Yerevanın belə bir planının olub-olmaması məlumatları da yoxlanılacaq.
Azərbaycanın yoxlanmasını xahiş etdiyi məlumatlar hansılardır?
Ermənistanın Arminfo xəbər agentliyi avqustun 7-də verdiyi xəbərində yazırdı ki, Dağlıq Qarabağa 5 Suriya ermənisi ailəsi gəlib.
Daha 7 ailənin gəlişi gözlənilir.
Tert.am xəbər saytı avqustun 5-də xəbər verirdi ki, Dağlıq Qarabağın baş naziri Ara Harutyunyan 200 gəncin istirahət etdiyi Aspet düşərgəsinə gəlib.
Bu 200 gəncdən 21-i Suriyadan olan ermənilər olub.
Harutyunyan onlara Qarabağı öyrənməkdə və yerləşməkdə kömək təklif edib.
SURIYADA NƏ QƏDƏR ERMƏNİ VAR?
Suriyada etnik ermənilərin sayı 100 mindir.
Onların əksəriyyəti indi döyüşlər gedən Hələbdə yaşayır.
Suriyadan gələn son məlumatlara görə, döyüşlər Hələbdə indi erməni məhlələrinə yaxınlaşır.
Bu ilin yanvarından bəri Ermənistanın Viza idarəsinin məlumatına görə, Suriyadan Ermənistana 6248 erməni gəlib.
Hələbdəki erməni diasporu Ermənistanın xaricdəki diasporları arasında ən güclü qruplardan biridir.
Bu diaspora əsasən 1915-ci ildən sonra Türkiyədən köçüb-gələn ermənilərdən formalaşıb.
İndi Ermənistana gələn bir suriyalı erməni deyir ki, “Lazım olanda biz Ermənistana kömək etmişik, indi də Ermənistanın bizə kömək etməyinin vaxtıdır”.
HƏLƏBLİ ERMƏNİSTAN SİYASƏTÇİLƏRİ
Ermənistanın bir çox siyasi xadimi əslən Suriya ermənisidir. Nəinki əslən Hələbdəndir, hətta Hələbdə anadan olub.
Levon Ter-PetrosianxLevon Ter-Petrosian
Bunlardan biri keçmiş prezident Ter-Petrosyandır. O, 1945-ci ildə Hələbdə anadan olub.
Keçmiş xarici işlər naziri Vartan Oskanyan da Hələbdə doğiulub, orta məktəbi burda bitirib.
İndi Vartan Oskanyan hökuməti tənqid edib ki, Hələb erməniləri Ermənistanın dayağını hiss etmir.
Vartan OskanianxVartan Oskanian
Ancaq Ermənistanın milli hava yolları olan “Armavia” Hələbdən Yerevana uçuşlara iyulun 9-dan başlayıb, avqustun 6-na kimi Hələbdən Yerevana 593 suriyalı erməni gəlib.
Eyni vaxtda Yerevandan Hələbə qayıdanların sayı 131-dir.
VƏTƏNDAŞLIQ ALMAĞA,,,
Yerevana gələn bir suriyalı erməni Arutyun Terzyan Azadlıq Radiosunun erməni xidmətinə deyir ki, təkcə təhlükədən qaçmırlar. Suriyada indi ərzaq tapmaq olmur. Olan ərzaq da çox bahadır.
Gələnlərin bəziləri isə Ermənistan vətəndaşlığını almaq üçün gəlir.
Azadlıq Radiosunun Erməni Xidmətinin məlumatına görə gələnlərin çoxu müvəqqəti gəlir,
məsələn, Kuyumcan ailəsi cəmi 15 günlüyə gəlib. Onların əsas məqsədi Ermənistan vətəndaşlığı almaqdır.
Hələbdən Yerevana reyslərə biletlər isə sentyabra kimi artıq satılıb.
Bir tərəfə biletin qiyməti 450 dollardır.
Ancaq Ermənistan hökuməti bunun yarısını kompensasiya etməyi fikirləşir.
400 UŞAQ
“Armavia” avqustun 9-dan xüsusi reyslərə başlayır. Dəməşq-Yerevan, Hələb-Yerevan reysləri ilə Suriyadakı erməni uşaqları Yerevana gətiriləcək.
Ümumilikdə 400 uşağın gətirilməsi nəzərdə tutulur.
Onlar Ermənistanda 2 həftə qalacaqlar.
Ancaq Ermənistanın Diaspora naziri Akopyan deyir ki,
Suriyada vəziyyət pisləşsə, uşaqlar daha uzun müddətə qala bilər.
HƏLƏBLİLƏRİN YEREVAN ÇƏTİNLİKLƏRİ
Ermənistanda qalmaq istəyən Suriya ermənilərinin isə həm iş , həm qalmağa yer tapmaq kimi problemlərindən başqa dil problemləri də var.
Onlar Ermənistandakı şərqi dialektdən fərqli olan qərbi erməni dialektində danışırlar.
Ona görə, Ermənistanda məktəbə gedəcək uşaqların təhsildə problemləri yaranacaq.
Müxalifət Ermənistan hökumətini Suriya ermənilərinə lazımınca kömək etməməkdə günahlandırır, ancaq hakimiyyət partiyasından olan deputat Sahakyan Eurasia.net saytına deyib ki, “Biz qarışa və Suriya ermənilərini çıxarda bilmərik. Bu vəziyyəti qızışdıra, erməniləri Suriyada hədəfə çevirə bilər”.
O maraqlı bir fikir də deyib: “Hökumət iş görür, ancaq elə işlər var ki. onları bərkdən elan etməyə ehtiyac yoxdur”.
Eurasi.net izah edir ki, Ermənistan hökumətinin Suriya prezidenti Bashar Assadla çox yaxşı münasibətləri var. Bashar birinci ledi Asma ilə 2009-cu ildə Yerevana gəlmişdi.
Suriya ermənilərinin əksəriyyəti Bashar Assadı müdafiə edir.

Bu xəbər oxucular tərəfindən 1468 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |