Şrift:
Azərbaycanda 3-cü səviyyəli mühafizəyə malik zirehli gödəkcələrin istehsalına başlanılıb
24.04.2019 [11:18] - Gündəm, Hərb
“Buta Armor” şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiya Parkı (YTP) nəzdində 3-cü səviyyəli mühafizəyə malik zirehli gödəkcələrin istehsalına başlayıb. Bu barədə YTP-dən bildirilib.

YTP-dən verilən məlumata görə, söhbət gövdənin ön, arxa, yan hissələrinin və boyunun etibarlı qorunmasını təmin edən zirehli gödəkcədən gedir. Bu məhsul Azərbaycan güc strukturları tərəfindən təsdiqlənib.

"Hazırda bir sıra güc strukturu ilə zirehli gödəkcələrin təchizatı ilə bağlı müqavilələr imzalanmasına dair hazırlıqlar aparılır. Bundan başqa, dəbilqələrin də tədarükü üçün sifarişlər gözlənilir", - deyə YTP-dən bildirilib.
Qeyd edək ki, istehsal sahəsinin yaradılmasına 8 mln. avro məbləğində sərmayə yatırılıb. İstehsal sahəsi "EPC Group" şirkəti tərəfindən tikilib, avadanlıq isə "MARS Armor" şirkəti tərəfindən təchiz edilib.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed