26.04.2019 [10:30] - İslam dini
Aprelin 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadə qonağa Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlər və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. O, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu, dövlətimizin başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini bildirib, Prezident İlham Əliyevin qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyaları irəli sürməsinin bu töhfələri artırdığını qeyd edib. QMİ sədri 2017-ci ildə İdarənin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini xüsusi vurğulayıb.
Azərbaycanın nümunəvi multikultural dövlət modelinin tanıdılmasına xidmət edən və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə qonağı məlumatlandıran şeyxülislam A.Paşazadə bu ilin iyununda Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti beynəlxalq forum barədə danışıb. QMİ sədri bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi məkana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il noyabrın 14-15-də "Dünya dini liderlərinin II Bakı Sammiti" keçiriləcək. Şeyxülislam 2010-cu ildə Dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq bu tədbirin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.
A.Paşazadə son zamanlar Yeni Zelandiya, Şri-Lanka, Yaxın Şərqdə baş verən hadisələr ətrafında Rumıniya müftisi ilə fikir mübadiləsi aparıb. Dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi proseslərin danışan QMİ sədri deyib ki, bu ümumbəşəri faciələrdən yalnız bəşər ailəsinin səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas olmaq olar.
M.Yusif Azərbaycana səfərdən məmnunluğunu bildirib və bu görüşə böyük dəyər verdiyini diqqətə çatdırıb. Ötən il Madriddə keçirilən multikulturalizmlə bağlı beynəlxalq konfransda iştirakını məmnunluqla xatırladan rumıniyalı qonaq Vyana beynəlxalq konfransında da iştirak edəcəyini vurğulayıb.
KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin yeni fəaliyyət istiqamətləri barədə fikir mübadiləsinin də aparıldığı görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da iştirak edib.

Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |