Şrift:
Millət Vəkili Rza Rəhmani Urmu Gölündən danışdı
10.08.2012 [15:11] - Güney Azərbaycan xəbərləri
Öz əlimizlə səhra yaradırıq

Təbrizin millət vəkili Rza Rəhmani bəyan edib ki, Urmu Gölünün məsuliyyəti hansı orqanın üzərində olduğu qeyr müəyyəndir.



“Öz əlimizlə səhra (kəvir) yaradırıq” deyən Rəhmani jurnalistlərə bildirib ki, Urmu Gölünün quruması bir tarixi faciədir. Çox təəssüf ki hələdə Gölün qurumasının elmi səbəbləri aydınlaşdırılmayıb və hər kəs öz ağlına görə nəsə deyir.



Təbriz, Azərşəhr və Üskü əhalisinin İran parlamentindəki nümayəndəsi əlavə edib ki, bu qədər cəhddən sonra hələdə Urmu Gölü məsələsində hansı orqanın məsuliyyət daşıdığı bəlli deyil. Məntəqə üzrə su idarəsi, ətraf mühid idarəsi, valilik (ostandari) vəya hansı idarənin məsul olduğu müəyyənləşmədiyinə görə, hərhansı bir tədbir almaq olduqca çətinləşib.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed