Şrift:
Suriyalı türkmənlər Bəşər Əsəd rejiminə qarşı silahlanır
10.08.2012 [15:58] - Xəbərlər, Türk dünyası-Turan
Suriyalı türkmənlər Bəşər Əsəd rejiminə qarşı Azad Suriya Ordusunun yanında olduqlarını bəyan ediblər. APA-nın məlumatına görə, “Sahil Dağı Türkmənləri” adlı silahlı birləşmə yaradan türkmənlər Əsəd rejimi devrilənə kimi silahlı mübarizəni davam etdirəcəklərinə and içiblər. “Zəfərə gedən yolda gəlin, bizimlə bərabər olun” şüarı ilə yayılan açıqlamada bütün türkmənlər Əsədə qarşı mübarizədə birləşməyə çağırılır.
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed