Şrift:
Kürdüstan dövlətinin qurulmasına İsraildən destek
11.08.2012 [13:08] - Siyasət
İsrailli politoloqlardan biri Kürdüstan dövlətinin yaradılmasının vacib olduğunu deyib.

Qüds də yayımlanan rəsmi hesabatda bildirilir ki, Yaxın Şərqdə yayılmış kürdlərin dövlət qurmaq haqqı var. Hesabada yer alan digər bir iddiada qeyd olunur ki, Şimali İraqda qurulacaq kürd dövləti İsrailin də xeyrinə olacaq. “Haberturk”n verdiyi məlumata görə, bu fikirlər İsrailin keçmiş baş naziri İzak Rabin xarici işlər üzrə müşaviri Jacques Neriahın hazırladığı hesabatda yer alıb. Neriahın hazırladığı hesabatda vurğulanır ki, hazırda Yaxın Şərqdə baş verən hadisələr kürdlərin öz taleyini müəyyənləşdirməsinə imkan verir və kürdlər bundan yararlanmağa çalışmalıdırlar. Kürdlərin İraqdan sonra Suriyada aktiv fəaliyyətə yönəldiyini deyən Neriha İsrailə hər iki ölkədəki kürd məsələsində diqqətli olmağı tövsiyyə edib. Bundan başqa, Neriha bildirib ki, 35 milyon kürd xalqının öz dövlətini yaratması həm də tarixi bir ədalət olacaq.
Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed