Şrift:
Dağıstanın iqtisadiyyat və ərazi inkişaf naziri saxlanılıb
01.05.2019 [10:54] - Gündəm, Dərbənd
Dağıstanın iqtisadiyyat və ərazi inkişaf naziri Osman Xasbulatov iki sutkalıq saxlanılıb.

Interfax informasiya agentliyi xəbər verir ki, Xasbulatov respublikanı tərk etmək istəyərkən təyyarədən endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nazirin evində və iş yerində axtarışlar aparırlar. Xasbulatovun Dağıstan Daxili İşlər Nazirliyinin qaldırdığı cinayət işi ilə bağlı saxlanıldığı bildirilir.

Respublikanın Ədliyyə Nazirliyi qurumun binasında və nazirin yaşadığı evdə axtarış aparıldığını təsdiqləyib və nazirliyin adi iş rejimində fəaliyyət göstərdiyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 32592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed