01.05.2019 [11:06] - Gündəm, Borçalı
Son zamanlar bir hissəsi Azərbaycanın Ağstafa rayonu, digər hissəsi isə Gürcüstanın Saqareco rayonu ərazisində yerləşən “Keşikçidağ” məbədi və yaxud da “David Qareci” məbəd kompleksi barədə Gürcüstanda biri-birinə zidd olan müxtəlif fikirlər yayılır.
Bəzi siyasətçilər məbəd kompleksinin məhz Gürcüstana məxsus olması barədə fikirlər səsləndirir, əhalini də buna inandırmağa çalışırlar. Lakin sağlam düşüncəli siyasətçilər bunun əksini sübut etməklə yanaşı, əhalini sabitliyə və Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə zərər vurmamağa dəvət edirlər.
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev parlamentin aprelin 30-da keçirilən iclasında çıxış edərək məsələyə aydınlıq gətirib və bizi siyasətçiləri təxribatlardan çəkinməyə çağırıb. Deputat deyib: “Gürcüstan və Azərbaycan əsrlərboyu dost ölkələr olaraq mehriban qonşuluq münasibətində yaşayıblar. Bu dostluq bundan sonra da davam edəcək. Heç kim bu dostluğu poza bilməz”.
“Keşikçidağ” və ya “David Qareci” məbədi ətrafında süni şəkildə yaranmış məsələyə toxunan S.Mirzəyev bildirib ki, bu məsələ də şübhəsiz ki, öz həllini tapacaq: “Bu gün Azərbaycan və Gürcüstanda iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyalar var. İnanıram ki, bu komissiyalar tarixçilərin və siyasətçilərin də rəylərini nəzərə alaraq məsələnin həlli yolunu tapacaqlar.
S.Mirzəyev ötən günlərdə öz sərsəm açıqlamaları və bəyanatları ilə ad çıxarmış üzdəniraq siyasətçi, sabiq müdafiə naziri İrakli Okruaşvili və Gürcüstan Liberal Partiyasının sədri Şalva Natelaşvilinin açıqlamalarına işarə edərək deyib: “Keçmiş və ya indiki siyasətçilərin açıqlamaları məsuliyyətsiz, heç bir cavabdehliyi olmayan və vəziyyəti gərginləşdirməyə yönəlmiş çıxışlardır. Onların açıqlamaları tamamilə absurddur və reallığı əks etdirmir, əksinə, vəziyyəti gərginləşdirir. Mən bütün siyasətçiləri və siravi vətəndaşları bu cür məsələlərə fikir bildirməkdən çəkinməyə dəvət edirəm. Düşünürəm ki, bu məsələ iki ölkə tərəfindən yaradılmış müştərək komissiyaların birgə səyi nəticəsində öz müsbət həllini tapacaq.
Məlumat üçün qeyd edək ki, “Keşiçkidağ” və ya “David Qareci” məbədi Azərbaycan-Gürcüstan sərhədində yerləşən, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
“Keşikçidağ” məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, “Keşikçidağ” məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyası mədəni irsinə aiddir. Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb. Daha sonra gürcü çarı Tamaranın hakimiyyəti illərində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərməyib və bu məbədləri himayə etməyiblər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkiliblər və “David Qareci” məbədi də o dövrdə tərk edilib. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində yazılar onun yaşına nisbətən xeyli gəncdir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |