Şrift:
BMT Baş katibi Çinin dövlət başçısı ilə uyğur türklərinin pozulan hüquqlarını müzakirə edib
02.05.2019 [11:00] - Gündəm, Türk dünyası-Turan
BMT Baş katibi Antonio Qutyerreş Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə ölkədəki insan hüquqlarının vəziyyətini, eləcə də uyğur türklərinin haqlarının pozulmasını müzakirə edib.
Bunu BTM Baş katibinin sözçüsü Stepan Dujarrik bildirib.
Onun sözlərinə görə, Antonio Qutyerre “Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumuna qatılmaq üçün Pekində səfərdə olub.
O, Si Cinpinlə görüşdə Çinin Sincan Uyğur Muxtar Rayonunda “təhsil düşərgəsi” adı verilən mərkəzlərdəki uyğur türklərinin məsələsini gündəliyə çıxarıb.
Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.
Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiq edəcəklərini istisna etmədiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed