02.05.2019 [11:27] - Gündəm, Mədəniyyət
“Dədə Qorqud” dastanının üçüncü nüsxəsinin Qazaxıstanda tapılmasından çoxdan xəbərimiz var”.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov deyib.
Direktor müavini nüsxəni görmədiyini bildirib: “Nüsxəni tapan türkiyəli alim Metin Ekici maraqlı tədqiqatçıdır. İnanmıram ki, təsadüfi söz desin. Onun sözlərinə inansaq, tapılan nüsxənin əvvəlki “Dədə Qorqud”dan fərqli olaraq, 13-cü - “Salur Qazanın yeddi başlı əjdəhanı öldürməsi” boyu da var. Təəssüf ki, o nüsxənin nə əlyazmasını görmüşük, nə də mətndən xəbərimiz var. Gözləyirik ki, nüsxə kitab halında çap olunsun. İndiki halda Metin Ekici əlyazmanı heç kəsə göstərmir deyə, biz əlavə söz deyə bilmirik. Buna görə də tədqiqatçının dediklərinə inanmağa məcburuq”.
Qeyd edək ki, türkiyəli alim, türkoloq Metin Ekici “Dədə Qorqud” dastanının üçüncü nüsxəsinin Qazaxıstanda tapıldığını bildirib. 14-16-cı əsrlərə aid olan nüsxənin Vatikan və Almaniya əlyazmalarından qədim olduğu ehtimal edilir. Digər nüsxələrdən fərqli olaraq, əlyazmada “Salur Qazanın yeddi başlı əjdəhanı öldürməsi” adlı 13-cü boyu da var.

Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |