04.05.2019 [10:30] - Gündəm, Hadisə
Mayın 4-də Hokkaydo adasında yerləşən Tayki şəhəri yaxınlığındakı kosmodromdan özəl şirkətə məxsus ilk “MOMO” raketi kosmosa buraxılıb.
Raketin uçuşu onu hazırlayan “Interstellar Technologies” şirkəti tərəfindən canlı yayımlanıb. Bu, “MOMO”nun sınaqdan keçirilməsi üçün üçüncü cəhd olub. Əvvəlki cəhdlər uğursuzluqla nəticələnib. Planda nəzərdə tutulduğu kimi, raket 100 kilometr hündürlüyə qalxıb və onun bütün sistemləri normal işləyib. Bundan sonra raket Hokkaydo yaxınlığında okeana düşüb.
Raketin uzunluğunun 10 metr, diametrinin 50 santimetr, çəkisinin 1 tona yaxın olduğu bildirilir. Layihənin maya dəyəri isə 50 milyon yeni (təqribən 445 min dollar) ötüb.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |