Şrift:
“Şeremetyevo” aeroportunda təyyarənin yanması nəticəsində 41 nəfər həlak olub
06.05.2019 [10:12] - Gündəm, Hadisə
Moskvann “Şeremetyevo” hava limanında “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində 41 nəfər həlak olub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Nəqliyyatda Regionlararası İstintaq Komitəsi məlumat verib.

Xatırladaq ki, Moskvadan Murmanska uçan təyyarə göyə qalxdıqdan 28 dəqiqə sonra geri dönüb və sonra məcburi eniş edərkən alovlanıb. Təyyarədə 78 nəfər olub.



Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed