Şrift:
Güney Aərbaycan Milli Oyanış Hərəkəti’nin Güney Azərbaycan’da olan dəprəmlə bağlı bildirisi
12.08.2012 [12:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
GAMOH təşkilatı Güney Azərbaycan’da meydana gələn dəprəm fəlakətinindən ötürü üzüntüsünü bildirir və ölənlərə tandıran rəhmət, yaxınlarına və Güney Azərbaycan Türk millətinə başsağlığı diləyərək,Azərbaycan’ın başqa bölgələrində yaşayan soydaşlarımızı dəprəm vuran bölgələrdəki soydaşlarımıza yardıma çağırırıq.
Bununla bağlı bildiririk ki GAMOH təşkilatı,Qardaş ölkə Türkiyə’nin Adana’daki Güney Azərbaycan Kültür Dərnəyi’nin işbirliyi ilə yardımsevərlərin və olduğu təqdirdə qardaş ölkə Türkiyə və Quzey Azərbaycan dövlətlərinin yardımlarını toplamaq üçün bir kampanya başlatacaqdır.
Ayrıca GAMOH təşkilatı İran medyasının bu dəprəmi yansıtmamasını və yerinə geniş bir şəkildə Suriyə’də Əsəd rejiminin qətliamlarını bir zəfər olaraq yayınlamasını qınayır və bildiririk ki İran rejiminin bu davranışı bir haldadır ki əgər bu acı durum Fars’ların yaşadığı bölgələdə yaşansaydı çox geniş bir şəkildə medyada yansıtır və bütün dünyayı yardıma çağırırdı.
Bildirməliyik ki son illərdə İran dövləti o halda Venezuela’da yeni və dəprəmə dayanaqlı evlər tikməyə başlayıb ki Güney Azərbaycan’daki dayanaqsız , əski və palçıqdan evlər dəprəm qarşı gələbilməyib və Güney Azərbaycan milləti bu ağır durum ilə birgə Tehran rejiminin Azərbaycan Türklərinə qarşı ırqçılığı və ayrımçılığını bir dəfədə dadır.
GAMOH təşkilatı Güney Azərbaycan’da üç gün yas ilan edir və Güney Azərbaycan millətini dəprəm bölgələrinə yardım üçün çağırır.
Güney Azərbaycan Milli Oyanış Hərəkəti
Bu xəbər oxucular tərəfindən 1511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed