08.05.2019 [10:11] - Xəbərlər, Hadisə
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən qədim binanın sökülməsi ilə bağlı qalmaqallı məsələyə münasibət bildirib. Mehriban Əliyeva həmin ərazidə fəaliyyət göstərən "Salaam Cinema" ətrafında baş verən məsələnin dövlətin nəzarətində olduğunu qeyd edib.
Mehriban Əliyeva bu barədə Instagram səhifəsində yazıb:
“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".
Qeyd edək ki, həmin bina 1913-cü ildə malakanların dua evi kimi inşa edilib. Hazırda binada bir qrup gəncin təsis etdiyi “Salaam Cinema Baku” klubu fəaliyyət göstərir.
Özəlləşdirilən binanın son günlər söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən klubun əməkdaşları artıq bir neçə gündür ki, həmin binada gecələyirlər.
Mayın 6-da “Salaam Cinema Baku” kinoteatrına polis və icra hakimiyyəti işçiləri daxil olublar. Mülkün sahibi də gənclərin binanı tərk etməsini istəyir. “Salaam Cinema Baku” kinoteatrının təsisçiləri isə binanın tarixi abidə olduğunu, sökülməsinə yol verməyəcəklərini bildiriblər.

Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |